Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən müsadirə edilmiş 1,5 milyard avroluq ikinci tranşdan Ukraynada hərbi istehsalın inkişafına 1 milyard avro investisiya yatırmaq niyyətindədir.
Tezadlar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa komissarı Didye Reynders deyib.
“Növbəti tranşdan (Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlir) 1,5 milyard avrodan Avropa Komissiyası Ukraynanın hərbi sənayesi üçün 1 milyard avro ayırmağı təklif edir”, – Reynders bildirib.
E.ŞİRİNOV