Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna lideri Vladimir Zelenski tezliklə vəzifəsini tərk edə bilər.
Tezadlar.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksandr Dubinski deyib.
O, Telegram kanalında müvafiq məzmunlu yazı dərc edib.
Parlamentarinin sözlərinə görə, Moskva və Vaşinqton münaqişənin sülh yolu ilə həlli barədə artıq razılığa gəliblər. Bununla bağlı Kiyevdən yalnız müvafiq sənədləri imzalaması tələb olunur.
“Onlar bunu saat mexanizmi kimi oynayırlar: faydalı qazıntılar üzrə saziş – Zaporojye Atom Elektrik Stansiyası (ZAES) – atəşkəs. Biz burada sadəcə əlavələrik, imza və ratifikasiya tələb olunur”, – Dubinski yazıb.
O, həmçinin Zelenskinin sülh sazişinin ilkin imzalanmasından 30 gün sonra dövlət başçısı vəzifəsindən istefa verə biləcəyini də istisna etməyib. Qanunvericinin qeyd etdiyi kimi, bu, Rusiya Federasiyası və ABŞ-ın müzakirə etdiyi barışıq üçün şərtlərdən biri ola bilər.
Mayın 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce bəyan edib ki, Amerika hakimiyyəti Rusiya və Ukrayna arasında danışıqlarda artıq vasitəçi rolunu oynamayacaq. O, Moskva ilə Kiyev arasında birbaşa dialoqun vaxtının yetişdiyini vurğulayıb.
Bir gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. O əlavə edib ki, Moskva ilkin şərt olmadan Kiyevlə dialoqa başlamağa razıdır.
E.ŞİRİNOV