Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu il ali məktəblərdə təhsil haqqı artırılacaq.
Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
O, KİV-ə açıqlamasında bu il bakalavr və magistraturanın bir sıra ixtisaslarında təhsil haqqının artırıldığını vurğulayıb.
Ekspert nəzərə çatdırıb ki, bunu magistr jurnalına nəzər saldıqda görmək mümkündür.
Kamran Əsədov “ 4 saylı magistr jurnalını 2022-ci ilin eyni jurnalı ilə müqayisə etdikdə təhsil haqlarının 100-200 manat artdığını müşahidə edirik”, – deyib.
Onun sözlərinə görə, bu baxımdan bakalavr pilləsində 100-200, bəzilərində isə 300 manat artım olacağı gözlənilir.
Ekspert ali məktəblərdə 49% yerin, yəni təxminən 25 minə yaxın plan yerinin ödənişli olacağnı da bildirib.
Y.MƏMMƏDLİ