Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya kansleri Fridrix Merz Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında iki israilli diplomatın öldürülməsini pisləyib.
Tezadlar.az xəbər verir ki, o, müvafiq nəşri X sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.
“İndiki mərhələdə biz antisemit motivlərin mövcudluğunu güman etməliyik. Mən bu iyrənc hərəkəti ən kəskin şəkildə pisləyirəm”, – nəşr yazır.
Merz İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi xəbərindən şoka düşdüyünü bildirib. O, diplomatların ailələrinə başsağlığı verib.
Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtondakı Yəhudi Muzeyində keçirilən tədbirdən sonra İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi barədə məlumat vermişdi. O, hazırda fəal araşdırma aparıldığını bildirib və təcavüzkarın törətdiyi əmələ görə məsuliyyətdən qaçmayacağını vurğulayıb.
Şahidlər daha sonra İsrail səfirliyinin əməkdaşlarını öldürən şəxsin hücumu “Qəzza üçün” etdiyini və “Fələstinə azadlıq” şüarları səsləndirdiyini bildirib.
E.ŞİRİNOV