Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 21:08

Ankarada mikroavtobus yük maşını ilə toqquşdu: 1 ölü, 16 yaralı

Türkiyənin paytaxtı Ankarada mikroavtobus yük maşını ilə toqquşub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə yerinə jandarm, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!