Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bursada yağan qar Uludağ dağını yenidən ağ örpəyə bürüyüb.
Tezadlar.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aprelin 23-də bölgədə qarın qalınlığı 1 metrə çatıb.
Xizək mövsümünün başa çatmasına baxmayaraq, yağan qar xüsusilə ziyarətçilərin axınına səbəb olub. Bəzi xizək mərkəzlərinin yenidən fəaliyyətlərini davam etdirdiyi müşahidə edilib.
Meteoroloji məlumatlara görə, bölgədə havanın temperaturu gündüz müsbət 4, axşam isə mənfi 1 dərəcə qeydə alınıb. Mütəxəssislər soyuq havanın may ayında da təsirini davam etdirə biləcəyini və yüksək ərazilərdə zaman-zaman qar yağışının müşahidə olunacağını bildiriblər.