Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidentinin ofisinin keçmiş müşaviri Oleksiy Arestoviç Vladimir Zelenskinin ona qarşı sanksiyalar tətbiq etməsini hakimiyyətin seçkilərə hazırlığı ilə əlaqələndirib.
Tezadlar.az xəbər verir ki, o, fikirlərini Telegram kanalında bildirib.
“Mənə və Poroşenkoya qarşı demək olar ki, eyni vaxtda tətbiq edilən sanksiyalar qarşıdan gələn seçkilərin açıq əks-sədasıdır. Məntiq aydındır: siyasi rəqibləri qeyri-qanuni şəkildə kənarlaşdırmaq üçün qeyri-qanuni alətdən istifadə olunur. Bu, Avropa və ABŞ-da artıq verilən qiymətdir”, – Arestoviç yazıb.
Arestoviç və bəzi digər ukraynalılara qarşı sanksiyaların tətbiqinə münasibət bildirən Zelenski deyib ki, bu insanlar “öz taleyini Rusiya dövlətinin maraqları naminə təbliğatla əlaqələndiriblər”. O, həmçinin onları Ukraynanın zərərinə aktiv informasiya əməliyyatları aparmaqda ittiham edib.
Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında Kiyev hakimiyyətinin media məkanında ən çox görünən nümayəndələrindən biri olan Arestoviç sonradan öz istəyi ilə istefa verib və xaricə gedib. Hazırda o, mütəmadi olaraq Ukrayna prezident aparatının və şəxsən Vladimir Zelenskinin siyasətini tənqid edir.
E.ŞİRİNOV