14 Aprel 2026 / 20:29

Aşağı özgüvənli insanlar hansı rəngləri seçir?

Psixologiya mütəxəssislərinin fikrincə, rəng seçimlərimiz sadəcə zövq məsələsi deyil; onlar bizim daxili dünyamız, özgüvən səviyyəmiz və ruh halımız haqqında mühüm məlumatlar verir. Araşdırmalar göstərir ki, xüsusilə aşağı özgüvənə sahib insanlar fərqinə varmadan müəyyən rənglərə daha çox meyillidirlər.

Tezadlar.az xəbər verir ki, gündəlik həyatda geyimimizdən tutmuş ev dekorasiyasına qədər seçdiyimiz tonlar, əslində xarici dünyaya necə bir imaj ötürmək istədiyimizi və özümüzü necə hiss etdiyimizi üzə çıxarır.

Arxa planda qalmaq istəyi: Boz
Psixoloqların xüsusi vurğuladığı rənglərdən biri bozdur. Diqqət çəkməkdən qaçan və özünü daha təhlükəsiz zonada saxlamaq istəyən şəxslər boz tonlarına üstünlük verirlər. Mütəxəssislər bu rəngin sanki “neytral bir qorunma sahəsi” yaratdığını qeyd edirlər.

Gizlənmə qalxanı: Qara
Qara rəng hər neçə güc və avtoritet simvolu sayılsa da, psixoloji baxımdan bir “gizlənmə qalxanı” rolunu oynayır. Özgüvəni aşağı olan fərdlər sosial mühitlərdə özlərini daha rahat və təhlükəsiz hiss etmək üçün qaraya sığınırlar.

Tarazlıq axtarışı: Tünd mavi
Tünd mavi sakitlik və nəzarət hissi bəxş edir. Mütəxəssislərə görə, bu rəng xüsusilə qeyri-müəyyənlik dövrlərində daxili tarazlıq axtaran insanlar tərəfindən daha tez-tez seçilir.

Təhlükəsizlik zonası: Qəhvəyi
Qəhvəyi tonları dəyişiklikdən uzaq durmaq və vərdişlərə bağlanmaq istəyi ilə əlaqələndirilir. Psixoloqlar bu rəngin insanda “təhlükəsiz bölgə” hissi yaratdığını vurğulayırlar.

Parlaq rənglər arxa planda qalır
Sarı, narıncı və açıq yaşıl kimi canlı rənglər özgüvəni yüksək olan insanlar tərəfindən daha çox seçilir. Araşdırmalar göstərir ki, özünə inamı aşağı olan fərdlər bu diqqətçəkən tonlardan qaçmağa çalışırlar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!