27 Noyabr 2025 / 08:29

Avropa Parlamentindən şok qərar: sosial mediaya çıxış üçün 16 yaş müəyyən edildi!

Ötən gün Avropa Parlamenti sensasion qərar qəbul edib. Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla bildirir ki, sosial mediaya çıxış üçün minimum yaş həddi olan 16 yaşın müəyyən edilməsini nəzərdə tutan qətnamə qəbul edib. Belə  ki, sənədə əsasən, bu addım “yaşa uyğun onlayn əlaqəni” təmin etmək və həddindən artıq məruz qalma nəticəsində yeniyetmələr arasında artan psixi sağlamlıq problemləri ilə mübarizə aparmaq məqsədi daşıyır. Qətnamədə valideyn razılığı olduqda 13–16 yaş arası yeniyetmələrin sosial media, video paylaşma platformaları və süni intellekt tətbiqlərinə çıxışına da icazə verilir. Sənəddə yaşa uyğun məzmunun hazırlanmasını tələb edən qanunvericiliyin qəbul edilməsi də vurğulanır.

Qeyd olunur ki, TikTok, Snapchat, Facebook və Google kimi şirkətlər psixi sağlamlıq böhranının dərinləşməsində rol oynadıqları iddiası ilə ABŞ-da hüquqi problemlərlə üzləşirlər və bu səbəbdən sosial medianın uşaqların sağlamlığına və təhlükəsizliyinə təsiri getdikcə artan qlobal narahatlığa çevrilib.

Qərarın üzv ölkələrdə də tətbiqi mexanizmi hazırlanır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!