Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Rusiyada “Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları” adlı yarış start götürəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, avqustun 18-dək davam edəcək yarışda ölkəmiz minifutbol, basketbol 3×3, voleybol, stolüstü tennis, şahmat, nərd və üzgüçülük idman növləri üzrə təmsil olunacaq.
Tədbirdə Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları və Dövlət Neft Şirkətinin əməkdaşları iştirak edəcəklər.
R.XUDATQIZI