27 Avqust 2024 / 07:13

AZƏRBAYCANIN XİN RƏHBƏRİ TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRƏ GEDİB

Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə TEZADLAR.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!