İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərinnəticəsinin rəmzlərindən biridir. Dövlət Qaçqınkom- dan tezadlar.az- a verilən məlumatda bildirilir ki, “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb vəuşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdankeçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir.
Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissidoğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən“Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndiningörüntülərini şərhsiz təqdim edirik:






