Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda turizmin gəlirli sahə olmasını ləngidən çox səbəblər var. Onlardan biri və bəlkə də birincisi bahalıqdır. Turist ölkəyə təkcə gəzib- baxmağa deyil, həm də dünyanın qiymətlər artımı fonunda cibinə uyğun rahatlığını istəyir. Azərbaycanda isə adi bir rayonda 10 günlük xərcə Antaliyada, yaxud Yesentukidə ikiqat rahatlıqla gəzib- istirahət etmək olar. Məsələn, bahalıq səbəbindəndir ki, ayağı yer tutanlarımız sərhədlərin bağlı olduğu bir vaxtda xarici ölkələrə üz tutur. Deməli, turizm təkcə mədəniyyət deyil, həm də mədəni siyasətdir!
Budur, 2025-ci ilin birinci rübündə qonşumuz Gürcüstan beynəlxalq turizmdən 826 milyon dollar gəlir əldə edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artım deməkdir. Tezadlar.az Gürcüstanın Milli Turizm Administrasiyasına istinadla bildirir ki, son dövrdə Azərbaycandan, Səudiyyə Ərəbistanından və İsraildən gələn turistlərin sayı artıb, Rusiyadan gələnlərin sayı isə nisbətən azalıb. Məsələn, 2025-ci ilin birinci rübündə beynəlxalq səyahətçilərdən ölkələr üzrə əldə edilən gəlirləri aşağıda təqdim edirik:
●► Rusiya – 141,8 milyon ABŞ dolları (illik azalma – 17,17%)
●► İsrail – 114,2 milyon ABŞ dolları (illik artım – 73,84%)
●► Avropa İttifaqı – 103,2 milyon ABŞ dolları (illik azalma – 4,71%)
●► Azərbaycan – 48,6 milyon ABŞ dolları (illik artım – 19,7%)
●► Ukrayna – 33,7 milyon ABŞ dolları (illik artım – 1,81%)
●► Ermənistan – 28,2 milyon ABŞ dolları (illik azalma – 9,9%)
●► İran – 27,2 milyon ABŞ dolları (illik azalma – 7,8%)
●► Belarus – 15,9 milyon ABŞ dolları (illik azalma – 4,22%)
●► Səudiyyə Ərəbistanı – 8,7 milyon ABŞ dolları (illik artım – 11,54%)
●► Digər ölkələr – 197,4 milyon ABŞ dolları (illik artım – 6,01%)
SONDA: Azərbaycannın bölgələrində beşulduzlu otel və dünya standartlarına cavab verən restoran yaratmaqla deyil, turistləri bu bahalı otel və restoranlarda mümkün qədər ucuz qiymətlər qarşılamalıdır.
Odur ki, ölkənin turizm sektoruna cavabdehlər bu sahədəki bahalığın səbəbini araşdırıb aradan qaldırmalıdırlar. Sürücülərin cərimələnməsi ilə büdcə doldurmaqdansa, turizm sektoruna – ölkəyə əcnəbi turistləri cəlb etmək lazımdır!
Asif MƏRZİLİ