Rəşid Behbudov Fondunun direktoru Şərif Ağayarın statusunu “əxlaqsız və tərbiyəsiz” adlandırdı
Misir Mərdanovun BDU-ya kafedra müdiri təyinatına etiraz
Peskovdan açıqlama: ABŞ-dakı Rusiya aktivləri gündəmdədir
Vaşinqton sammiti regionda sülh üçün yeni imkanlar açdı
Təzadlar | www.tezadlar.az

Sayt 1993 cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış “Təzadlar” qəzetinin elektron versiyasıdır.

Reklam üçün 

012 510 17 74

Canlı yayım

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Media
  • Dünya
  • Kriminal
  • İqtisadiyyat
  • Cəmiyyət
  • İdman
  • Təhsil
  • Texnologiya
X-twitter Facebook tiktok Youtube
Təzadlar | www.tezadlar.azTəzadlar | www.tezadlar.az
Font ResizerAa
Axtar
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Media
  • Dünya
  • Kriminal
  • İqtisadiyyat
  • Cəmiyyət
  • İdman
  • Təhsil
  • Texnologiya
© www.tezadlar.az – Sayt BERC Creative komadası tərəfindən hazırlanıb.

Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər – TAM MƏTN (VİDEO)

Yasemen Memmedov
List of Images 1/4
ankara tedbir2
ankara tedbir1
ankara tedbir
aliyev erdoqan el sixma

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırdı. Nazir bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə dövlət başçılarına təşəkkür etdi.

X X X

Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.

Hörmətli mərasim iştirakçıları.

Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.

Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.

Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.

Bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.

Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.

Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik.

Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə yeni uğurlar diləyirəm. Sağ olun.

X X X

Sonra Türkiyə Prezidenti mərasimdə çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

-Əziz Qardaşım Prezident İlham Əliyev.

Hörmətli nazirlər, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.

Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!” deyirəm.

Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.

Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.

Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.

Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.

6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.

Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.

İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.

X X X

Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.

Sonda xatirə fotosu çəkdirildi.

Xəbəri paylaş
Facebook Whatsapp Whatsapp LinkedIn Telegram Email Copy Link Print
Öncəki xəbər Azərbaycan və Türkiyə prezidentləri iftar süfrəsində
Növbəti xəbər Ərdoğan İlham Əliyevlə görüşündən məmnundur

23 Yanvar

  • 23 Yanvar | 12:17
    Deputat AYNA-ya etiraz etdi: “İstifadə olunmayan velosiped zolaqları…”
  • 23 Yanvar | 12:12
    “Gəlin bu müharibəyə son qoyaq” – Zelenski Rusiya və ABŞ ilə üçtərəfli görüş planlarını açıqlayıb
  • 23 Yanvar | 12:06
    Sahibkarların daha 1 il qulağı dincələcək-ƏSASSIZ YOXLAMALARDAN
  • 23 Yanvar | 11:58
    Rəşid Behbudov Fondunun direktoru Şərif Ağayarın statusunu “əxlaqsız və tərbiyəsiz” adlandırdı
  • 23 Yanvar | 11:48
    Orban Davos Forumunda Zelenskinin açıqlamasına belə cavab verib
  • 23 Yanvar | 11:33
    Misir Mərdanovun BDU-ya kafedra müdiri təyinatına etiraz
  • 23 Yanvar | 11:27
    Bu ölkə “son anda” Sülh Şurasına qoşulmaqdan imtina edib
  • 23 Yanvar | 11:10
    Britaniya Fransanın Rusiyadan gələn bir tankeri saxlamasında iştirak edib
  • 23 Yanvar | 11:00
    Prezident İlham Əliyevin uzaqgörən və güclü siyasəti nəticəsində ölkəmiz uğurlar qazanmaqda davam edir
  • 23 Yanvar | 10:57
    Putin Ukrayna ilə üçtərəfli görüşə razı oldu, amma…
  • 23 Yanvar | 10:45
    Axtarışda olan bu şəxslər tutulub Azərbaycana gətirildi
  • 23 Yanvar | 10:45
    Polşanın Baş naziri ABŞ-a məsləhət verdi
  • 23 Yanvar | 10:30
    Mask ölüm haqqında danışdı
  • 23 Yanvar | 10:20
    Yanvarın 27-dən məktəblilərin qış tətili başlayır
  • 23 Yanvar | 10:03
    Davos İqtisadi Forumunda Azərbaycanın söz sahibi kimi təmsilçiliyi
  • 23 Yanvar | 09:56
    Danimarka-ABŞ danışıqları uğursuz oldu
  • 23 Yanvar | 09:33
    Baş nazir AB-ni “massaj salonu” ilə müqayisə etdi
  • 23 Yanvar | 09:27
    Selektiv yanaşmalar fonunda beynəlxalq hüququn gələcəyi
  • 23 Yanvar | 09:05
    Tramp Davos səfərini yekunlaşdırdı
  • 23 Yanvar | 08:56
    Dünyanın ən varlı adamı məlum oldu-AMMA NİYƏ BİZDƏN DEYİL???
  • 23 Yanvar | 08:45
    2025-ci ildə Dövlətə vurulmuş 35,4 milyon manatın 11,6 milyon manatı ödətdirilmişdir!
  • 23 Yanvar | 08:26
    “Şuşanı müdafiə etmək olardı”- TARİXİ UNUTMAYAQ
  • 23 Yanvar | 07:52
    Xırdalanda su verilişi niyə dayandırıldı?
  • 22 Yanvar | 23:59
    Peskovdan açıqlama: ABŞ-dakı Rusiya aktivləri gündəmdədir
  • 22 Yanvar | 23:44
    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq işi üzrə son mərhələ
  • 22 Yanvar | 23:30
    Kim günahkardır?
  • 22 Yanvar | 23:16
    Teyyub Aslanovdan iki toy açıqlaması
  • 22 Yanvar | 23:02
    Vaşinqton sammiti regionda sülh üçün yeni imkanlar açdı
  • 22 Yanvar | 22:49
    “Qarabağ”ın futbolçusu həftənin ən yaxşıları arasında
  • 22 Yanvar | 22:26
    Zelenski Davosda danışıqlarla bağlı açıqlama verdi
  • 22 Yanvar | 22:10
    SOCAR FAB ilə yaşıl enerji və maliyyə imkanlarını dəyərləndirib
  • 22 Yanvar | 21:40
    Makron açıqladı: Sanksiyalı Rusiya tankeri Aralıq dənizində ələ keçirildi
  • 22 Yanvar | 21:24
    Bu vərdişlər qadınları dəli edir
  • 22 Yanvar | 21:10
    AKF-in hesabat tədbiri: nailiyyətlər və təşəkkürlər
  • 22 Yanvar | 20:55
    Səfər Əbiyevin oğlunun restorana görə 120 min manata yaxın borcu var
  • 22 Yanvar | 20:38
    Qışda su sayğacları niyə donur?
  • 22 Yanvar | 20:23
    Ukraynalı məşqçi “Araz-Naxçıvan”da
  • 22 Yanvar | 20:08
    “Jolly Rancher” konfetləri satışdan yığışdırılır
  • 22 Yanvar | 19:53
    DTX şəbəkə marketlərində yoxlamalara başlayıb
  • 22 Yanvar | 19:52
    Respublikaçılar Qrenlandiya formalı tort kəsdi
  • 22 Yanvar | 19:38
    Müğənnidən valideynlərə sərt mesaj
  • 22 Yanvar | 19:25
    18 yaşlı Hamza Kərim “Barselona” yolunda
  • 22 Yanvar | 19:11
    5 günlük körpəyə xəstəxanada vəhşilik
  • 22 Yanvar | 18:57
    Qəbul imtahanlarında saxtakarlıq iddiası – şahidlər danışdı
  • 22 Yanvar | 18:40
    Dilənçi sanılan milyonçu ifşa olundu
  • 22 Yanvar | 18:25
    Dərhal diş fırçalamaq hansı hallarda zərərlidir?
  • 22 Yanvar | 17:34
    ARKA film layihələri müsabiqəsinin qalibləri ilə müqavilə imzaladı – SİYAHI
  • 22 Yanvar | 17:24
    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlaması
  • 22 Yanvar | 17:08
    Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi ümumi ticarətinin 40%-ni təşkil edir
  • 22 Yanvar | 17:03
    Tarix İnstitunun Şəhlası məhkəməni yenə uduzdu…
  • 22 Yanvar | 16:50
    Dünyanın ən dəyərli brendlərinin reytinqi açıqlanıb
  • 22 Yanvar | 15:51
    Tramın tarif təhdidi başa çatdı: qızıl ucuzlaşdı!
  • 22 Yanvar | 15:31
    Hüquqlarınızı bilin: İstirahət, səsvermə, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilirsinizsə….
  • 22 Yanvar | 15:21
    İşəgötürən işçini rəhbərlikdən şikayət etdiyinə görə işdən qova bilməz – DƏMX
  • 22 Yanvar | 15:14
    Tramp Qrenlandiyadakı uçurumdan geri çəkilir, lakin zərər artıq dəyib…
  • 22 Yanvar | 14:59
    Britaniyanın müdafiə naziri Rusiyanı “ehtiyatsızlıqda” günahlandırıb
  • 22 Yanvar | 14:47
    NATO-nun Baş Katibi Trampa Qrenlandiya ilə bağlı güzəşt təklif etməyib
  • 22 Yanvar | 14:32
    Tramp “hamının ağlını necə sındırdı”?
  • 22 Yanvar | 14:16
    Tramp varisləri ilə bağlı suala belə cavab verib
  • 22 Yanvar | 14:00
    Davosdan səslənən Azərbaycanın mövqeyi
  • 22 Yanvar | 13:48
    Miqrant işçisini öldürüb hissələrə ayırıb basdıran iş adamının məhkəməsi keçiriləcək – FOTO
  • 22 Yanvar | 13:17
    Zelenski Trampla görüşmək üçün Davosa gəlib
  • 22 Yanvar | 12:55
    Trampdan Davosda təhqiramiz çıxış – “The Guardian”
  • 22 Yanvar | 12:51
    Prezident İlham Əliyevin Davos müsahibəsi: Beynəlxalq hüququn sarsılan etibarı və insan qardaşlığına çağırış
  • 22 Yanvar | 12:32
    Xolesterol üçün nə içmək lazımdır: 5 sağlam çay növü
  • 22 Yanvar | 12:14
    Jurnalistlərə Dövlət Dumasının plenar iclaslarında foto çəkmək qadağan edilib
  • 22 Yanvar | 11:59
    Ruslar enerji və nüvə elektrik stansiyalarına yeni zərbələr endirməyə hazırlaşırlar – Ukraynanın ATƏT-dəki nümayəndəsi
  • 22 Yanvar | 11:48
    Əgər Ukrayna bu qışı sağ çıxarsa, üstünlük onun xeyrinə olacaq – Kelloq
  • 22 Yanvar | 11:22
    Rusiya Sülh Şurasına üzvlük haqqını ödəməyə hazırdır, lakin bir problem var – Putin
  • 22 Yanvar | 11:19
    Parlament deputatlarının biznes və ianə fəaliyyəti: Gürcüstanda və Azərbaycanda!
  • 22 Yanvar | 10:59
    Vuçiç Avropada münaqişə barədə xəbərdarlıq etdi
  • 22 Yanvar | 10:56
    Məmməd Araz xatirələrdə: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 5-Cİ HİSSƏ
  • 22 Yanvar | 10:49
    Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir – Qanunda dəqiqləşdirmə ediləcək
  • 22 Yanvar | 10:36
    Vens Davosda keçirilən Dünya İqtisadi Forumunu “şir yuvası” adlandırdı
  • 22 Yanvar | 10:26
    Исламский рынок капитала становится триллионной силой в глобальных финансах
  • 22 Yanvar | 10:25
    Almaniya Danimarkaya qeyri-adi bir təkliflə müraciət edib
  • 22 Yanvar | 10:15
    Bu da Xankəndidə at, üzr istəyirik, maşın oynatmağın cəzası!
  • 22 Yanvar | 09:51
    Tramp Diktator olduğunu etiraf etdi
  • 22 Yanvar | 09:38
    Trampın xüsusi elçisi Vuçiçi düzgün yolu seçməyə çağırır
  • 22 Yanvar | 09:23
    Makronun Ukrayna ilə bağlı açıqlamaları ziddiyyətli hesab olunur
  • 22 Yanvar | 09:00
    Tramp Rutteni daha vacib fiqur adlandırıb
  • 22 Yanvar | 08:47
    Qrenlandiya Trampa sərt cavab verdi
  • 22 Yanvar | 08:35
    NATO Baş katibinin müavini Azərbaycana gəlib və…
  • 22 Yanvar | 08:18
    Tramp geri çəkildi: Qrenlandiyaya görə rüsum tətbiq etməyəcək və…
  • 22 Yanvar | 08:06
    Keçmiş müavini İsa Həbibbəylinin müdafiəsinə qalxdı: “Bu nə təfəkkürdür?”
  • 22 Yanvar | 07:30
    İlham Əliyev “Qarabağ” futbol klubunu qələbə münasibətilə təbrik etdi
  • 21 Yanvar | 23:59
    Sülhdən enerji əməkdaşlığına: Paşinyandan yeni açıqlama
  • 21 Yanvar | 23:52
    Türkiyənin Balıkesir vilayətində 4,5 maqnitudalı zəlzələ olub
  • 21 Yanvar | 23:44
    2026-cı ilin ən populyar uşaq adı
  • 21 Yanvar | 23:30
    Süni intellekt incəsənəti sıradan çıxarırmı?
  • 21 Yanvar | 23:12
    Mark Andre ter Ştegen “Barselona”dan ayrılıb
  • 21 Yanvar | 22:56
    Afət Fərmanqızından maraqlı etiraf
  • 21 Yanvar | 22:41
    Balakən RİH-də şöbələr ləğv edildi, sektorlar yaradıldı
  • 21 Yanvar | 22:29
    Deputat minimum əməkhaqqının fərqləndirilməsini təklif etdi
  • 21 Yanvar | 22:12
    Paytaxtda oğurluq hadisələri: şübhəlilər saxlanılıb
  • 21 Yanvar | 21:57
    “Alt paltarsız çıxanlara alqış, mənə tənqid” – Günel Ələkbərova
  • 21 Yanvar | 21:40
    “Qarabağ” – “Ayntraxt”- 3: 2- YENİLƏNİR
  • 21 Yanvar | 21:32
    Qəddafidən sonra Liviya: yeni sənədli film
  • 21 Yanvar | 21:13
    Tramp: Putin də, Zelenski də razılaşmaya hazırdır
  • 21 Yanvar | 20:55
    “Moody’s”dən inflyasiya ilə bağlı yeni proqnoz
  • 21 Yanvar | 20:40
    Azərbaycanın qeyri-neft sektoru ixracı 8,5 % böyüyüb
  • 21 Yanvar | 20:26
    Ermənistan XİN: iki istiqamətdə hiss olunan uğurlar var
  • 21 Yanvar | 20:11
    2026–2027-də ÜDM-in orta illik artımı 2,75 % olacaq
  • 21 Yanvar | 19:57
    Putin Trampa zəng edib: “Buna inana bilmirəm”
  • 21 Yanvar | 19:44
    2026-cı il kimlərə uğur gətirəcək?
  • 21 Yanvar | 19:28
    Müğənni Dəniz Əsədova məhkəmədə ifadə verdi
  • 21 Yanvar | 19:16
    Tramp və Zelenski hələ də Davosda görüşə bilərlər – “Axios”
  • 21 Yanvar | 19:12
    Kolumbiyalı ailədən şok iddia: Ernandes məhkəməyə verildi
  • 21 Yanvar | 19:03
    Azərbaycanın Davosdan səsi: qlobal iqtisadiyyata artan təsir- AZAD MƏSİYEV ŞƏRH EDİR
  • 21 Yanvar | 18:59
    İntizam uğur gətirir, istilik xoşbəxtlik yaradır
  • 21 Yanvar | 18:45
    Sabiq deputatın ailəsində biznes savaşı
  • 21 Yanvar | 18:03
    Davosda Azərbaycan: Qlobal siyasətdə liderlik və dövlətçilik iradəsi
  • 21 Yanvar | 17:37
    80 yaşın işığında…-YUBİLEY YAZISI
  • 21 Yanvar | 16:36
    “Əlifba”ya qayıdış: Tərbiyə bu kitabdan başlayır…- Allahverdi Eminov    
  • 21 Yanvar | 16:28
    ABŞ-ın xüsusi elçisi sabah Putinlə görüşəcəyini açıqladı
  • 21 Yanvar | 16:14
    Kütləvi miqrasiya İsveçin Skandinaviya utopiyasını məhv etdi
  • 21 Yanvar | 15:57
    Kiyev qaranlığa və soyuğa qərq oldu
  • 21 Yanvar | 15:54
    Tramp şaddır: “Sülh Şurası”na Belarus, Azərbaycan, Macarıstan, Ermənistan və İsrail qoşulur!
  • 21 Yanvar | 15:46
    “Biz hərbi müdaxiləyə hazır olmalıyıq”-QRENLANDİYANIN BAŞ NAZİRİ
  • 21 Yanvar | 15:35
    Trampın avropalılarla münaqişəsi Kremlin gözləntilərini aşdı
  • 21 Yanvar | 15:19
    Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
  • 21 Yanvar | 15:08
    NATO-da parçalanma
  • 21 Yanvar | 14:41
    “Münaqişə olacaq”: Merts özünü yüksək səviyyəli qalmaqalın mərkəzində tapdı
  • 21 Yanvar | 14:34
    Jurnalist Çingiz Aytmatovla bağlı qalmaqallı müsahibəyə görə Təhlükəsizlik Komitəsinə çağırılıb
  • 21 Yanvar | 14:26
    Qərb Kanadanın müraciət edəcəyi iki ölkənin adını çəkib
  • 21 Yanvar | 14:12
    Tramp Sülh Şurasının “əbədi” rəhbəri ola bilər – “Bloomberg”
  • 21 Yanvar | 13:55
    BANM-in beynəlxalq dərəcəli şahmatçı tələbəsi -FOTO
  • 21 Yanvar | 13:37
    Tramp özünü dünyanı bölmək istəyən “imperator” kimi görür – tarixçi
  • 21 Yanvar | 13:21
    Rusiya bu vilayətlərdəki yaşayış məntəqələrinə hücum etdi: ölən və yaralananlar var
  • 21 Yanvar | 13:08
    İşçi və ya işəgötürən mənəvi ziyana görə kompensasiya tələb edə bilərm?
  • 21 Yanvar | 13:00
    ABŞ-ın heç kimin bilmədiyi silahları var – Tramp
  • 21 Yanvar | 12:55
    “Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər”
  • 21 Yanvar | 12:51
    ERMƏNİ TERRORUNDAN ZƏRƏRÇƏKƏN GƏNCƏ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR
  • 21 Yanvar | 12:43
    Məşhur “Braziliyalı Papay” həyatla vidalaşdı
  • 21 Yanvar | 12:35
    Ötən gün qarda yıxılıb xəsarət alanların sayı açıqlandı
  • 21 Yanvar | 12:23
    Çoxnikahlılıq qanuniləşir?
  • 21 Yanvar | 12:09
    Timçenko Davosda Ukraynanın enerji sektoruna təcili dəstək çağırışı edib
  • 21 Yanvar | 12:05
    Ziya Bünyadov prospektində obyektdə dəhşətli yanğın-FOTO-YENİLƏNİR
  • 21 Yanvar | 11:44
    Şahbaz Xuduoğlu “Liv Bona Dea” Hospitalında xanımının başına gətirilənlərdən yazdı…
  • 21 Yanvar | 11:42
    Tramp BMT-ni hərəkətsizlikdə günahlandırır
  • 21 Yanvar | 11:41
    Tramp qəzəbləndi: “Əgər İran mənə sui-qəsd etsə…”
  • 21 Yanvar | 11:34
    Ötən il ən çox xəbərdarlıq alıb yayımı dayandırılan SPACE TV olub
  • 21 Yanvar | 11:25
    Tramp NATO-nun ABŞ-a kömək edəcəyinə şübhə edir
  • 21 Yanvar | 10:57
    Makron Qrenlandiyaya olan sevgisini etiraf edib
  • 21 Yanvar | 10:38
    Tramp Somalinin bir ölkə olmadığını bəyan etdi
  • 21 Yanvar | 10:11
    Tramp Venesuelanı niyə indi sevdiyini açıqladı
  • 21 Yanvar | 09:43
    Qrenlandiyanın Baş naziri əhalini ABŞ-ın işğalına hazır olmağa çağırdı
  • 21 Yanvar | 09:20
    Makron Trampın yazışmalarının “sızdırılması” ilə bağlı belə şərh verdi
  • 21 Yanvar | 08:54
    ABŞ-ın tanınmış həkimi Konqresdən Trampın sağlamlığını araşdırmağı tələb edib
  • 21 Yanvar | 08:41
    İranda internet açıldı: bu da qanlı küçələrin görüntüləri
  • 21 Yanvar | 08:35
    “Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik”
  • 21 Yanvar | 08:22
    Kiyevdə bir milyon istehlakçı elektriksiz, 4000-dən çox ev isə istiliksiz qalıb – Zelenski
  • 21 Yanvar | 08:14
    35 ildən sonra Xankəndi şəhərinə yenidən köç etdilər
  • 21 Yanvar | 08:08
    Moldova MDB- yə “Əlvida!” deyir…
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Media
  • Dünya
  • Kriminal
  • İqtisadiyyat
  • Cəmiyyət
  • İdman
  • Təhsil
  • Texnologiya
Təzadlar | www.tezadlar.az
Sayt 1993 cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış
“Təzadlar” qəzetinin elektron versiyasıdır.
X-twitter Facebook Linkedin Youtube

© www.tezadlar.az – Sayt BERC Creative komadası tərəfindən hazırlanıb. 

Welcome to Foxiz
Username or Email Address
Password

Lost your password?