Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Aprel 2026 / 19:45

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi: 140A marşrutu nağdsız ödənişə keçir

Aprelin 25-dən Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçəcək.

Tezadlar.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik 12 avtobus fəaliyyət göstərir, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirir.

Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı 0,7 manatdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!