Əsas məzmuna keç

Azərbaycanda avtomobil alıcılarının sayı azalıb?

2026-cı ilin 1-ci rübündə (yanvar – mart) Azərbaycana 339 milyon 631 min dollar dəyərində 15 min 351 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal olunub.

Tezadlar.az  bu barədə  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin 1-ci rübündə Azərbaycana 400 milyon 252 min dollar dəyərində 22 miln 936 ədəd avtomobil idxal olunub. Beləliklə, 2026-cı ilin ilk rübündə Azərbaycana 7 min 585 ədəd və ya 33% az avtomobil idxal olunub.

İdxal olunan minik avtomobillərinin sayı 7 min 587 ədəd və ya 36,2% azalaraq 13 min 359 ədədə düşüb. Ötən ilin ilk rübündə Azərbaycana 20 min 946 ədəd minik avtomobili idxal olunmuşdu.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…