Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az – a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Lənkəranda 21, Oğuzda 20, Şəki və Zaqatalada 19, Astarada 17, Qəbələdə 13, Şahbuz və Neftçalada 12, Lerik və Balakəndə 11, Göygöldə 10, İsmayıllıda 9, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şamaxıda 8, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Zəngilan, Xocalı, Gəncə, Daşkəsən, Biləsuvar, Yevlax, Xaltan, Tərtər, Mingəçevir, Göyçay, Cəlilabad, Qobustan, Yardımlı, Sabirabad, Beyləqan, Quba, Ağsu, İmişli, Şirvan, Şəmkir, Ağdam, Naftalan, Gədəbəy, Kürdəmir, Goranboy, Ceyrançöl, Şabran, Tovuz, Culfa, Bərdə və Zərdabda 7 mm-dir.
Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Qusar və Xınalıqda 2, Altıağac, Qax (Sarıbaş), Qrız və Şahdağda 1 sm-dir.
Daşkəsən, Göygöl, Daşkəsən, Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.