Təhsil müddətinin 9 ay olması nə azdır, nə də çox. Əsas məsələ bu müddətdə şagirdə nə öyrətdiyimiz, necə öyrətdiyimiz və onu nə qədər maraqlandıra bildiyimizdir.
Tezadlar.az xəbər verir ki, bu fikri tanınmış təhsil mütəxəssisi Kamran Əsədov sosial media hesabında bildirib.
O vurğulayıb ki, Yaponiyada 11 ay oxuyurlar, amma təhsilin keyfiyyəti dərsin sayında yox, dərsin dəyərindədir.
“Bizdə dərs çox ola bilər, amma mühazirə ilə, testlə məhdudlaşmışsa, nəticə dəyişmir. Əgər dərslər layihə əsaslı, yaradıcı və öyrədici olmasa, tədris müddətini artırmaq da, azaltmaq da problemi həll etməyəcək. Təhsilin təqvimi yox, məzmunu dəyişməlidir”, – deyə o qeyd edib.
JASMİN