Bu suala cavab tapmaq üçün gəlin statistikaya nəzər salaq: 2024-cü ildə yol hərəkəti ilə bağlı aşkar olunmuş inzibati xətaların statistikası təəssüf doğurur. Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2024-cü ilə yol hərəkəti ilə bağlı 747 min 78 inzibati xəta aşkar olunub, yəni rəsmiyyətə salınıb… Nəticədə sürücülərə tətbiq olunmuş inzibati cərimələrin məbləği 245 milyon 649 min 8 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin rəsmi saytından həm də öyrənirik ki, görülən tədbirlərə, sərtləşdirilən qaydalara, yollarda intellektual idarəetmə tətbiqindən əlavə, post-patrul xidməti əməkdaşlarının sayının artımı və xidmət çəkməsinin intensivləşdirilməsinə və s. baxmayaraq, sürücülərimiz son illər getdikcə daha çox cərimə ödəməkdədir. Niyə? Hansı sürücü istəyər ki, qayda pozub cərimə ödəsin?! Deməli, qayda pozmağa süni şərait var. Bu da sübut: Məsələn, 2022-ci ildə sürücülərimizin ödədiyi (rəsmən qeydə alınan) cərimələr:
2024-cü ildə: -245,7 milyon manat;
2023-cü ildə – 180,9 milyon manat;
2022-ci il- 136 milyon 522 min;
2021-ci il- 128,9 milyon;
2020- 118,2 milyon;
2019- 119,5 milyon;
2018- 85,6 milyon;
2017- 73,73 milyon manat!
Göründüyü kimi, illər üzrə cərimələr artır. Niyə? Axı sürücülər eynidir, qanunlar sərtdir, amma yollar eyni deyil!!!
Aşağıdakı videoda niyə sürücülərin daha çox cərimə ödəməsi bəlli olur:
Ən maraqlısı, ötən ilin noyabrında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov cərimələr barədə aydın şəkildə belə dedi: “…Bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir. Biz bu məsələyə nəzarəti gücləndirəcəyik. İcmal proqram təminatı vasitəsilə biz cərimələrin büdcəyə ödənilməsinə nəzarət edəcəyik. Büdcə təşkilatlarının 840 milyon manat daxilolmasını proqnozlaşdırırıq. Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə Daxilıi İşlər Nazirliyidir… Ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbiii Sərvətlər Nazirliyinin burada payı var. Bu cərimələr büdcəyə gəlir”.
İndi belə çıxır ki, Dövlət Yol Polisi sabiq maliyyə naziri Samir Şərifovun bu sözünə öhdəlik kimi yanaşır və cərimələrin nəinki məbləğini qanunda artırır, həm də praktikada sürücülərə AYNA-nın xətti ilə yolları daraltma hesabına daha çox cərimə yazmaqda maraqlıdır. Niyə? Axı Azərbaycanın Dövlət büdcəsi sosial yönümlüdür, pensiya artımları, təqaüd və müavinətlər, yardımlar… vasitəsi ilə vətəndaşlara xidmət niyyətlidir…
Nə isə…
A.Məmmədli