Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Marneuli şəhərində, Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı vandalizm aktı törədilib. Tezadlar.az 24News.ge xəbər portalına istinadla bildirir ki, sözügedən küçənin sakinlərinin verdiyi məlumata əsasən, büstün göz və ağız hissələri əvvəlcə qırmızı rəngə boyanıb, daha sonra isə göz hissəsi qara rənglə rənglənib. Sakinlərin sözlərinə görə, abidə təxminən 10 gündür ki, bu vəziyyətdədir.
Qeyd edək ki, ərazidə müxtəlif obyektlərdə fərdi, işıq dirəklərində isə dövlət qurumlarına məxsus təhlükəsizlik kameraları mövcuddur. Lakin hələ də bu vandalizm aktını törədənlərin kimliyi müəyyənləşdirilməyib. Gürcüstan polisi isə araşdırma aparıldığını bildirib.
A.Məmmədli