Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyun 2026 / 08:35

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan başçıları Ermənistanla bağlı referendum keçirməyi təklif edib

Ermənistan parlament seçkilərinə hazırlaşdığı bir vaxtda rəsmi Moskvanın həyacanı artmaqdadır. Bu kontekstdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanı Avropa Birliyinə qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində qalmaqla bağlı referendum keçirməyə çağırırlar. Tezadlar.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqına üzv dörd dövlətin yaydığı birgə bəyanatda bildirilib. Birgə bəyanat Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Sadır Japarov tərəfindən Ermənistanla bağlı yayımlanıb. Bəyanatda qeyd olunub ki, Ermənistan Respublikasında Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi üzrə ümumxalq referendumunun mümkün qədər qısa müddətdə keçirilməsi zəruri hesab olunur. Sənəddə, həmçinin, üzv dövlətlərin Ermənistanla Avrasiya İqtisadi İttifaqı müqaviləsinin dayandırılmasının mümkün nəticələrinə dair hesabat hazırlayacağı bildirilib. Həmin hesabatın dekabr ayında keçiriləcək iclasda təqdim olunacağı qeyd edilib.
Liderlərin fikrincə, İrəvanın Avropa İttifaqına inteqrasiya istiqamətində hazırlığı Avrasiya İqtisadi İttifaqı ölkələrinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaradır. Ermənistan lideri isə Rusiyadan qurtulmağın yollarını düşünür və seçkidə qalib gəlməyi qərarlaşdırıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!