Tələbələrimizdən beynəlxalq yarışda növbəti qələbə.
CAU Biznes Keys Müsabiqəsi regionun ən nüfuzlu tələbə biznes platformalarından biridir. Bu ilki müsabiqədə Azərbaycanla yanaşı, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Özbəkistan və müxtəlif ölkə universitetlərinin Daşkənd filialları iştirak edirdi.
2025-ci ilin yanvar ayında başlayan müsabiqədə ümumilikdə 25 universiteti təmsil edən 110 komanda yarışdı.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Gərgin keçən 7 raund — seçmə mərhələlər, dörddəbir final və yarımfinal mərhələlərindən sonra 18–19 aprel tarixlərində Daşkənd şəhərində final turniri keçirildi.
Finalda Azərbaycanı təmsil edən Bakı Ali Neft Məktəbinin “Baku Flames” komandası 3-cü yerə layiq görüldü. Komanda bir sıra təltiflərlə yanaşı, 25.000.000 UZS (som) məbləğində pul mükafatı qazandı.
Komandanın üzvləri:
Həmid Həşimzadə — Biznesin idarə edilməsi ixtisası, IV kurs tələbəsi
Röya Qasımova — Biznesin idarə edilməsi ixtisası, IV kurs tələbəsi
Maya Kərimova — Biznesin idarə edilməsi ixtisası, IV kurs tələbəsi
Aydan Eyvazova — Biznesin idarə edilməsi ixtisası, III kurs tələbəsi.
Komandanın mentoru:
Altay İsmayılov — Biznesin İdarə Edilməsi Kafedrasının müdiri.
Yola salarkən komanda üzvləri ilə görüşmüşdüm, hər birini təbrik edir və ƏHSƏN deyirik!”, – deyə rektor qeyd edib.
JASMİN