2 Aprel 2025 / 21:58

“AzerFreedomTV”nin “Milana Hospital”a qarşı ittihamlarının sirri açıldı…

Xuraman Muradova: “Qurban Məmmədovun bu əsassız ittiham ağır təhqirlərinə hüquqi müstəvidə cavab  veriləcək…”

Təəssüf edirəm ki, kanalın özünü hüquqşünas sayan rəhbəri heç bir ölçüsərhəd bilmədən mənə sahibi olduğum tanınmış klinikaya qarşı qərəzli yalan məlumatları ilə ictimaiyyəti aldatmaqdadır

…İki gün əvvəl təsisçisi rəhbəri bir müddətdir Azərbaycandan kənarda mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədov olan AzerFreedomTVnin efirində, məhz onun özünün moderatorluğu ilə Azərbaycanda tibb sahəsində yetərincə imici işgüzar fəaliyyəti olanMilanaHospitalın sahibi Xuraman Muradovanın şəxsiyyətinə  qarşı olduqca sərt ağır formada təhqirli ifadələrlə müşaiyət edilən reportaj verilmişdir. Həmin reportajda, həmçinin klinikanın fəaliyyətinə kölgə salan, korrupsiya hüquqpozmalarını nəzərdə tutan çoxsaylı ittihamlar səsləndirilmişdir. 

XXX

 “Təzadların elektron poçtuna adı çəkilən klinikada çalışan xanım tibb işçilərindən biri tərəfindən göndərilmiş məktubda həmin ittihamlar sıralanır. Bu ittihamlar toplusu çoxsaylı suallar doğurduğundan «Media haqqında» Qanunun tələblərinə jurnalist statusuna uyğun olaraq klinikanın sahibi, xeyriyyəçiliyi ilə tanınan Xuraman Muradovaya media sorğusu göndərdik Bir müddət sonra X.Muradova redaksiyamızla əlaqə saxladı,  bəzi suallara eksklüziv cavab verməsini xahiş etdik:

Xuraman xanım, martın 31- «AzerFreedomTVnin efirində gecə saatlarında yayımlanmış məlum canlı yayımlı reportajı biz izlədik. Açığı, həm Sizə, həm rəhbəri olduğunuz klinikaya qarşı inanılmaz ittihamlarla qarşılaşdıq… 

Nəinki inanılmaz ittihamlar, həmçinin inanılmaz ağır formada təhqirlərə məruz qalmışam. Hazırda bununla bağlı hüquqi müstəvidə cavab addımları atılmaqdadır inanıram ki, YouTube rəhbərliyi üzvlük qaydalarını ciddi şəkildə pozduğuna görə bu kanal barədə ciddi tədbir görəcək. H.əmin qaydalarla tanışsınızsa, orada xüsusi olaraq qeyd edilir ki, şəxslərin ailə institutuna toxunmaq, təhqirlərə yol vermək, heç bir məhkəmə qərarı ya hökmü olmadan insanları ağır cinayətlərdə ittiham etmək s. yolverilməzdir. Amma təəssüf edirəm ki, özünühüquqşünas adlandıran Qurban Məmmədov Azərbaycan xanımı olaraq mənə ailəmə qarşı ağır formada açıq mətnlə təhqirlərə yol vermiş, eləcə məni ağır cinayətlərdə ittiham etmişdir. Vəkilim bu barədə ingilis dilində arayış hazırlayaraq həm YouTube rəhbərliyinə təqdim edəcək, həm Qurban Məmmədova mühacir statusu vermiş Böyük Britaniyanın hüquqmühafizə orqanlarına göndəriləcək. Bununla yanaşı, hüquqi müstəvidə digər sərt addımlarımız atılacaq

Xuraman xanım, istinad edilən reportajburaxılışda çoxsaylı ittihamların təhqirlərin olduğunu söylədiniz. Açığı, biz media olaraq tərəf ola bilmərik, amma ədalətli yanaşmanı ortaya qoymaq da jurnalist olaraq vəzifəmizə statusumuza daxil olduğundan bir vacib məqama aydınlıq gətirmənizi istərdik. Qurban Məmmədovu  hüquqşünas kimi tanıdığımızdan, qeyd etdiyiniz ittihamlara əvvəlcə inanmağımız belə gəlmirdi ki, bəlkə bunlar onun oxşarı tərəfindən, yəni süni intellekt icraçısı rolunda kimsə təqdim etmişdirÜmumiyyətlə, bu efirsosial media münaqişəsinin əsl mahiyyətində durur? Axı siz Azərbaycanda tanınmış, işgüzarlığı ilə fərqlənən sahibkar xanımlardansınız. Niyə sizə qarşı belə sərt münasibət sərgilənməlidir?

Mənim bu söylədiklərimi Qurban Məmmədova cavab kimi yox, Azərbaycan ictimaiyyəti üçün, həmin ittihamları eşitmiş, izləmiş ictimaiyyət üçün deyirəm ki, söylənilənlərin heç birinin hüquqi, mənəviyyat baxımından əsası yoxdur, bunlar mənə rəhbəri olduğum klinikaya qarşı böhtandır, ağır formada təhqirdir, ağır cinayətdə ittiham etmədir, nəhayət, başdanayağa qərəz təhdiddən ibarətdir

Sualımız belədir: bu münaqişənin əsl kökündə hansısa bir ciddi səbəblər varmı? Çünki motivlərdə şəxsi məqamlar daha qabarıq görünür? Bəlkə aranızda vaxtsa bir münaqişə, problem yaşanıb?

Açığı, mən Qurban Məmmədova onun məlum intellekt səviyyəsinə uyğun cavab vermək istəməzdim, amma bəzi faktları əsl səbəbləri bəyan etməyi özümə borc bilirəm, çünki o ittiham təhqirlərə cavab verməsəm, sussam, belə başa düşülər ki, demək, deyilənlər doğrudur, yaxud susmaq razılıq əlamətidir

Buyurun

Xatırladım ki, Qurban Məmmədovun bu cür ölçüyə sığmaz hərəkəti, özü xanıma qarşı qanunsuz əməlləri, hərəkətləri hələ 2022- ci ildən başlamışdır, indi də eynilə təkrarlanmışdır. O vaxt reaksiya vermədim, dedim, bəlkə özü səhvini başa düşər… Ardıcıl olaraq barəmdə təhqir və ittiham dolu videolar paylaşdı…

– Buna səbıb nə idi ki?!
– Səbəb çox sadədir, amma utancvericidir… Təsəvvür edin, üstündən bir il ötür, ailə bizə müraciət edir ki, qız ailə qurmaq istəyir, onu incə hala gətirmək lazımdır s. Biz pasiyent olaraq onun qızına öz balamız kimi yanaşmışıq, ən peşəkar həkimin bu əməliyyata girməsinə etibar etmişik… Əməliyyat uğurla başa çatdı. Səsli mətnli mesajlar var ki, qızı özü, yəni ailə həkimlərimizə dərin minnətdarlıq edirlər Yəni, bu gün klinikamızı qanunsuz əməllərdə ittiham edən, bizi hədələyən, ağır cinayətlərdə suçlayan Qurban Məmmədov ictimaiyyətə  hələ 2022- ci ildən “Milana Hospitaltəhlükə mənbəyidir, həyatınızı təhlükəyə atmayın!” kimi antireklamlı müraciətini təkrarlayarkən,  niyə 2023-ildə öz qızının taleyini məhz bu klinikanın həkim personalına etibar edirdi??? Bəlkə bundan xəbəri yox idi??? qızı bir müddət sonra rahatlıqla xaricə çıxıb getdi, bundan sonra Qurban Məmmədovun bizə qarşı təhdid və ittihamları baş qaldırdı.

“Qurban Məmmədov isə dirəndi ki, bir şərtlə: 100 min manat pulu verin, o təhqiramiz videoları YouTube- dən silim… Biz də dedik ki, bağışlayın, ünvanı səhv salmısınız…”

mənada

Başladı ki, bəs qızımda əməliyyat xoşagələn deyil, bilim, pis əməliyyat edilib s. Bu ittihamların ardınca, əvvəl dedim, həmin əməliyyatı uğurla aparmışdıq, amma o sabiq əməkdaşımız vasitəsilə bizdən  külli miqdarda təzminat istəməyə başladı… Əvvəlcə elə bildik zarafat edir, amma gördük ki, yox, özü hüquqşünas olan, qaydaqanunları yaxşı bilən insan belə etməməlidir, nəsə anlaşılan deyil… Lakin sonra gördük ki, ciddi deyir, bizi özünün TV kanalında təhdid və təhqir etməyə başladı… Biz onunla mülayim davranaraq təklif etdik ki, buyursun, qız gəlsin, burada Səhiyyə Nazirliyi səviyyəsində komissiya yaradaq, əgər dedikləri təsdiqini taparsa, məhkəmə müstəvisində bu problemi çözək, təzminat nədir, ödəyək. Qızı isə bu əməliyyata görə 3500 manat ödəməli idi, onu da tam ödəməmişdi…

Razılaşdımı?

Yox, o, bu təklifimizi rədd edərək, ardınca rəhbəri olduğu TV vasitəsilə bizi təkrarən təhdidtəhqir etməyə başladı… Bizim nümayəndə bir daha onunla danışdı ki, ayıbdır, tələbini hüquqi müstəvidə etmədən bu təhqirlərə son ver… Qurban Məmmədov isə bizim keçmiş mühafizəçi əməkdaşımıza dedi ki, bir şərtlə: 100 min manat pulu verin, o təhqiramiz videoları YouTube-dən silim… Bundan başqa, o qızının xaricdə təkrar müalicəsi üçün bizdən əlavə 11,5 min Fund sterlinq, həmçinin qızının ödədiyi 3,5 min manatı əlavə istəyir. Bu azmış kimi, o sonuncu videosunda bizdən 500 min manat da mənəvi ziyana görə tələb edir… Biz də demişik ki, bağışlayın, ünvanı səhv salmısınız…

– Bu barədə maddi sübutlarınız varmı?

– Əlbəttə, onun səsli və mətnli mesajları və s. var, bu dəfə lazimi ünvanlara göndəriləcək… Demək, o təhqiramiz videolarda məqsədi də pul alıb silmək imiş… Günahımız olsaydı, yaxud onlar haqlı olsaydılar, məhkəməyə verərdilər… Bu dəfə isə dilə gətirilməsi mümkün olmayan sonuncu qanunsuz hərəkəti! Bu azmış kimi, qərəzli, kinli şəkildə müzakirə açır ki, mənə niyə xarici ölkələrin Elmi Araşdırmalar Akademiyalarının Fəxri professoru  diplomu verilib ya bu guya dələduzluqdur s. Özünü hüquqşünas hesab edən Qurban Məmmədov bilmək istəmir ki, sahibkar xanım olaraq mənim işgüzar fəaliyyətim yüksək qiymətləndirilərəkFəxri professordiplomu təqdim edilib. Qurban Məmmədova tövsiyyəm: Bakı Dövlət Universitetinin saytına daxil olsun və Fəxri professorların Fəxri doktorların siyahısına, sayına diqqət yetirsin. Orda dünyanın ən azı yüzə yaxın ölkəsinin peşəsindən, ixtisasından asılı olmayaraq yüksək statuslu dövlət siyasi xadimlərininadları var. Fəxri professorların, Fəxri doktorların sayı, adları orada fotoşəkilləri ilə vardırƏn naqis hərəkət mövqedir ki, Azərbaycanda yüzlərlə tanınmış şəxslər belə ABŞın, Türkiyənin, Avropa ölkələrinin ayrıayrı təşkilatlarının, qurumlarının, elm mərkəzlərinindiplom medalları, ordenləri ilə təltif ediliblər. Bunların bir çoxu ictimai əsaslarla edilibdir. Sual verirəm: niyə Qurban Məmmədovun gözü, ancaq məni gördü? Mənim günahım- suçum nədir axı?! Yaxud, niyə o, məhz indi məni hədəfə almışdır??? İstədiyi pulu vermədiyimizə görə?!

Elə bu sualı vermək istəyirdik ki, niyə?

Cavabını səbəbini yuxarıda söylədim… 

Xuraman xanım, yaranmış situasiyadan çıxış yolunu nədə görürsünüz?

Məsələ ondadır ki, bu ağır təhqir ittihamları hansısa savadsız, məsuliyyətini dərk etməyən biri etsəydi, bəlkə günahından keçərdim ki, əşşi, bilməyib, başa düşməyibAmma Qurban Məmmədov bir halda ki özünü hüquqşünas, millət vəkili elan edib, deməli, bunları bilərəkdən, məqsədli şəkildə, şəxsi maraqları ilə etmişdir. Belə olan surətdə ona söz ilə deyil, hüquqi müstəvidə əməllərinin toplusu sanksiyası ilə məsuliyyətini başa salmaq lazımdır. Bunun da yolunu yuxarıda dedimAzərbaycanın 30 illik erməni işğalına son qoymuş sahibi, rəhbərliyi var hər kəsin hüquqi müstəvidə Konstitusion hüquqlarını müdafiə etmək üçün imkanları, vəzifə hüquqları vardır. Qurban Məmmədov o ağır təhqirləri, ailəmin şərəf ləyaqətinə uzatdığı dilinin potensial sərhədini tanımalıdır! Vəkillərim artıq hüquqi müstəvidə hərəkətə keçiblər, o, yaxın vaxtlarda Azərbaycan xanımını ağır formada təhqir etmənin məsuliyyətini bunun sinda demək olduğunu görəcəkdir! Qurban Məmmədov bu diluzatmaya başlamamışdan gərək özünün xanım ailə üzvlərini göz önünə gətirəydiBu hüquqşünas kişiyə yaraşan hərəkətdirmi? Mən neyləmişəm ona? Sözü var idi, hüquqi müstəvidə deyə bilərdi, lap tənqid edəydi, amma ta bu qədər yox… 

İnanaq ki, bu məsələ tezliklə nöqtələnər

Təqdim etdi: “Təzadların Araşdırma Qrupu

P.S.Qurban Məmmədovun da əsaslandırılmış cavabını təqdim etməyə hazırıq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!