Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin Kursk Atom Elektrik Stansiyasına səfəri gələn həftə baş tutacaq.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
“Rosatom” Korporasiyasının baş direktoru Aleksey Lixaçev Qrossi ilə söhbətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərəkətləri səbəbindən Kursk və Zaporojye atom elektrik stansiyaları ətrafında vəziyyətin pisləşməsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri BAEA-nın nüvə təhlükəsizliyi ilə bağlı postulatlarını da pozur.
Bundan əvvəl Qrossi Kursk AES-ə baş çəkərək, rəhbərliyi ilə danışıb, ona qarşı hücumların olub-olmadığını müəyyənləşdirəcəyini vəd edib. BAEA rəhbəri onu da vurğulayıb ki, o, xarici enerji təchizatının vəziyyətini və stansiyaya giriş marşrutunu qiymətləndirmək istəyir.
E.ŞİRİNOV