21 Aprel 2026 / 12:24

Bakı metrosunun bütün stansiyalarında giriş bağlandı-TƏCİLİ

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Tezadlar.az xatırladır ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” stansiyasında təmas relsinə yüksək gərginliyin verilməsi zamanı nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında hazırda sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb. Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!