Əsas məzmuna keç

Bakı, Sumqayıt və Abşeron pensiyaçıları ödənişi bir az da gözləyəsi olacaqlar…

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Tezadlar.az  xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Xatırladaq ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…