27 Aprel 2026 / 21:30

Bakıda daha bir küçədə yol hərəkəti məhdudlaşdırılır

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (Ulduz metro stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Tezadlar.az xəbər verir ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

 

Sürücülərdən xahiş olunur:

• aparılan işlərə anlayışla yanaşsınlar;

• əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!