Miriş Fəttayev BANM 2021-ci il MBA məzunudur. O “Amazon” da Komplyans üzrə baş mütəxəssisidir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM rektoru Elmar Qasımov sosial media hesabındakı paylaşımda bildirib.
Rektor Miriş Fətullayevin uğur hekayəsini paylaşıb:
“Bakı Ali Neft Məktəbini (BANM) həyatımın dönüş nöqtəsi hesab edirəm. MBA proqramı çərçivəsində qazandığım nəzəri və praktiki biliklər, xüsusilə korporativ idarəetmə və təşkilatçılıq sahəsindəki təcrübələrim, mənim həm kariyeramı, həm də şəxsi inkişafımı əhəmiyyətli dərəcədə irəlilədib. Ən önəmlisi isə BANM-da qurduğum güclü və peşəkar həmkarlar şəbəkəsi, mənə indiki peşəkar həyatımda da davamlı olaraq motivasiya verir. BANM-da əldə etdiyim bilik və bacarıqlar Polşada “Maliyyə və Bankçılıq İdarəetməsi” üzrə ikinci magistr təhsilimdə mənə böyük fayda verdi. 2022-ci ilin dekabr ayından etibarən isə Amazon şirkətində komplyans üzrə baş mütəxəssis olaraq fəaliyyət göstərirəm”.
Sonda rektor onu təbrik edib və qürur duyduğunu əlavə edib.
JASMİN