Mühəndis xanım məzunlarımız bp-ni fəth edir. bp-də çalışan növbəti BANM MBA məzunumuz Ülkər Ağahüseynova kimya mühəndisliyi ixtisasını bitirib.
TEZADLAR.AZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında qeyd edib.
Ülfər Ağahüseynova 2019-cu ildə 98 balla BANM-ın MBA proqramına qəbul olub. İxtisas seçimi zamanı yalnız BANM-nı yazıb və ilk seçiminə qəbul alıb. 2021-ci ildə Biznesin təşkili və idarə edilməsi ixtisasını bitirib.
BANM ilə Cenevrə Biznes Məktəbinin ikili diplom proqramının da məzunu olub.CBS Neft və qaz menecmenti üzrə təhsil alıb.bp şirkətində Korroziya və materiallar mühəndisi olaraq çalışır. “Halliburton” şirkətində Quyu tamamlanması mühəndisi vəzifəsində də işləyib (2 il).Məzunumuzu təbrik edir, qürur duyuruq”, – deyə rektor bildirib.
JASMİN