Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“İltalehti” qəzeti yazır ki, ABŞ prezidenti Co Bayden Finlandiya lideri Sauli Niinistö ilə görüşdə Finlandiyanın NATO-ya daxil olması ilə bağlı qərarını üç saniyəyə qəbul etdiyini bildirib.
Niinistö Baydenə Finlandiyaya səfərinə və ölkənin alyansa qoşulmaq istəyini dəstəklədiyinə görə təşəkkür edib. Niinistö görüşün əvvəlində vurğulayıb: “O zaman Finlandiya təhlükəsizlik siyasətinin yeni dövrünə qədəm qoydu”.
“Bəli deməyim təxminən üç saniyə çəkdi” deyən Bayden Finlandiya ilə birlikdə NATO-nun həmişəkindən daha güclü olduğunu söyləyib.
Görüşdə Finlandiyanın Baş naziri Petteri Orpo, Finlandiyanın Vaşinqtondakı səfiri Mikko Hautala və ABŞ-ın Helsinkidəki səfiri Duqlas Hikki də iştirak ediblər.
Xatırladaq ki, Finlandiyanın NATO-ya üzv olmaq ərizəsi 2023-cü il martın 31-də alyansın bütün üzv ölkələri tərəfindən ratifikasiya edilib. Aprelin 4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında rəsmi olaraq ölkənin bayrağı qaldırılıb. Finlandiya alyansın 31-ci üzvü olub.
Cümə axşamı Finlandiyanın paytaxtı Şimali Avropa ölkələri və ABŞ-ın sammitinə ev sahibliyi edəcək.
E.ŞİRİNOV