Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2024 / 04:05

BAYDEN GERİ ÇƏKİLDİ: TRAMPIN PREZİDENTLİK ŞANSI ARTDI

Gözlənildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib.

Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə o, “X” səhifəsində paylaşım edib. Sitat: “Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq”. ABŞ lideri vurğulayıb ki, Amerika xalqı son üç il yarım ərzində böyük irəliləyiş əldə edib. Dövlət başçısı ölkəsinin son illərdə əldə etdiyi əsas nailiyyətləri sadalayıb:

“Bilirəm ki, siz Amerika xalqı olmadan bunların heç biri edilə bilməzdi. Birləşmiş Ştatlar heç vaxt “indikindən daha yaxşı vəziyyətdə olmayıb”. Biz birlikdə əsrdə bir dəfə baş verən pandemiyanın və ən pis iqtisadi böhranın öhdəsindən gəldik. Biz demokratiyamızı qorumuşuq və mühafizə etmişik”. Bayden ABŞ prezidenti vəzifəsində işləməkdən şərəf duyduğunu diqqətə çatdıraraq deyib:  “Bu gün mən həmişə inandığım şeyə inanıram: ABŞ-nin edə bilməyəcəyi heç nə yoxdur. Unutmamalıyıq ki, biz Amerika Birləşmiş Ştatlarıyıq”.

 Xatırladaq ki, Bayden səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacaq. 
Bütün bunlar onu deməyə əsas verir ki, Trampın prezident olmaq şansı maksimumdur…

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!