Əsas məzmuna keç

BAYDEN RUSİYADAKI VƏZİYYƏTLƏ BAĞLI YENİDƏN MƏLUMATLANDIRILIB

ABŞ prezidenti Co Baydenə Moskvada elan edilmiş antiterror əməliyyatı rejimi fonunda yenidən Rusiyadakı vəziyyət barədə məlumat verilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadən CNN məlumat yayıb.

“Prezident Bayden Rusiya və “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə vəziyyətin inkişafını diqqətlə izləyir”, – məlumatda deyilir.

Şənbə günü səhər Bayden artıq “Vaqner” ÖHŞ-nin rəhbərinə qarşı “Silahlı üsyan” maddəsi ilə cinayət işinin başlanması barədə məlumatlandırılıb.

Bundan əvvəl Almaniya, Britaniya və Fransanın hakimiyyət orqanlarının Rusiyadakı vəziyyətə reaksiyası barədə məlumat verilmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…