14 Noyabr 2025 / 09:59

BBC Trampdan üzr istədi

Britaniyalı yayımçı BBC Kapitoliyə basqınla bağlı sənədli filmdə çıxışını təhrif etdiyinə görə ABŞ prezidenti Donald Trampdan üzr istəyib.

Tezadlar.az bu barədə CNN-ə istinadən məlumat verir.

BBC sədri Samir Şah Ağ Evə ayrıca şəxsi məktub göndərərək, prezident Trampa proqramda yayımlanan 6 yanvar 2021-ci il tarixli çıxışın redaktəsinə görə özünün və korporasiyanın üzr istəməsini açıqlayıb”, – deyə açıqlamada bildirilib.

Şirkət qeyd edib ki, filmi öz platformalarında bir daha nümayiş etdirmək niyyətində deyil, lakin Trampın 1 milyard dollarlıq böhtan iddiası üçün əsası olduğuna inanmır.

Daha əvvəl ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar məşhur maliyyəçi Ceffri Epşteynin Trampdan bir neçə dəfə bəhs edən yeni e-poçtlarını yayımlayıblar. Epşteynə məxsus olduğu iddia edilən e-poçtlardan birində ABŞ prezidentinin onun cinayətlərindən xəbərdar olduğu iddia edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!