Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində iki “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə baş verən qəzada sürücülərdən biri ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Tezadlar.az -a verilən məlumata görə, qəza barədə “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər 1993-cü il təvəllüdlü sürücü Rəmzi Savet oğlu Əliyevin meyitini xüsusi vasitələrlə deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.







