Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Avqust 2026 / 18:15

BƏƏ Hörmüz boğazında gəmilərindən birinə İranın raket hücumu olduğunu açıqladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus gəminin Hörmüz boğazında İran tərəfindən raket hücumuna məruz qaldığını açıqladı.

Tezadlar.az xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, səhər saatlarında Hörmüz boğazında ADNOC gəmisinə raket hücumu edilib.

Məlumatda hücumda heç bir itki olmadığı bildirilib.

Bu arada, BƏƏ Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında “İran tərəfindən ADNOC gəmisinin hədəf alınması” qətiyyətlə pislənilib.

Məlumatda hücumda heç bir itki və ya xəsarət almadığı və bunun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması olduğu qeyd edilib. Qətnamədə gəmiçilik azadlığını vurğulayır və ticarət gəmilərini hədəf almağı və ya beynəlxalq dəniz yollarını pozmağı rədd edir.

Məlumatda deyilir ki, ticarət gəmilərini hədəf almaq və Hörmüz boğazından təzyiq və ya iqtisadi şantaj vasitəsi kimi istifadə etmək İran İnqilab Keşikçiləri tərəfindən törədilən “piratçılıq aktı”dır və regionun və xalqının sabitliyinə, eləcə də qlobal enerji təhlükəsizliyinə birbaşa təhlükə yaradır.

Məlumatda İran hücumlarını dayandırmağa çağırılıb və Hörmüz boğazının qeyd-şərtsiz gəmilərin hərəkəti üçün açılması tələb olunub.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!