Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belçika hakimiyyəti Ukraynaya hər il 1 milyard avro dəyərində silah tədarük etməyi planlaşdırır və F-16-ların çatdırılmasını sürətləndirmək istəyir.
Tezadlar.az xəbər verir ki, bunu Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünə gələrkən Belçikanın müdafiə naziri Teo Franken deyib.
“Belçika Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım göstərəcək. Biz də ilk F-16-ları vaxtından əvvəl çatdırmaq istəyirik”, – o deyib.
Belçika əvvəlcə F-16-larını 2024-cü ilin sonuna qədər təhvil verəcəyini vəd etdiyi üçün Frankenin hansı vaxt çərçivəsini nəzərdə tutduğu tam aydın deyil.
E.ŞİRİNOV