Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Aprel 2025 / 12:14

Belqorod vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Belqorod vilayətinin Qrayvoronski rayonunda mülki şəxslərin olduğu avtomobilə hücum edib. Pilotsuz təyyarənin hücumu nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.

“Qrayvoron-İlek-Penkovka yolunda düşmənin pilotsuz uçan aparatı beş nəfərin olduğu hərəkətdə olan avtomobilə qəsdən zərbə endirib”, – o, Telegram kanalında yazıb.

Qladkov aydınlıq gətirib ki, təcili yardım gələnə qədər iki nəfər ölüb.

Zərərçəkənlərdən üçü qəlpə yaraları və qapalı kəllə-beyin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Adamların vəziyyəti orta ağır qiymətləndirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!