Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Manisa vilayətində şimal yarımkürəsində yetişən ilk gilas bazara çıxarılıb. Mövsümün ilk məhsulu ənənəvi olaraq açıq hərrac yolu ilə satılıb və qiyməti rekord həddə çatıb.
Tezadlar.az yerli mediaya istinadla xəbər verir ki, bu il bazara ilk gilas gətirən fermer Yusuf Bakan olub.
Onun yetişdirdiyi məhsul keçirilən açıq hərracda kiloqramı 6 min türk lirəsinə (təxminən 227 manat) Mesut Altıok adlı alıcıya satılıb.
Təxminən 30 min lirəyə 5 kiloqram gilas alan alıcı Mesut Altıok bildirib ki, qiymətin yüksək olmasına baxmayaraq bu alış simvolik xarakter daşıyır və əsas məqsəd fermerlərə dəstək göstərməkdir.