Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın ən güclü bölmələrindən biri olan “Rubikon”un qərargahı Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Avdievka şəhərində dağıdılıb.
Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) məlumat verib.
“Donetsk vilayətinin işğal olunmuş Avdievka şəhərindəki xarabalı bir binada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) əsgərləri qondarma “Rubikon” mərkəzindən rus işğalçılarının qərargahını aşkar ediblər”, – məlumatda deyilir.
BKİ vurğulayıb ki, ruslar “Rubikon” bölməsi Rusiyanın Ukraynaya qarşı soyqırımı müharibəsi zamanı pilotsuz uçuş aparatlarının, xüsusən də döyüş aparatlarının istifadəsində ixtisaslaşıb. Bu, dövlətin əhəmiyyətli vəsait xərclədiyi Rusiya işğal ordusunun ən döyüşə hazır bölmələrindən biridir.
“Düşmənin yerləşməsi üçün əldə edilən koordinatlara əsasən, BKİ mütəxəssisləri sıx şəhər şəraitində 105 kiloqramlıq döyüş başlığı ilə silahlanmış FP-2 pilotsuz uçuş aparatını ruslara məharətlə yönəldiblər. Zərbə nəticəsində qərargahda yerləşən Rusiya “Rubikon”unun zabitləri və dron operatorları məhv edilib”, – deyə kəşfiyyat agentliyi qeyd edib.
E.ŞİRİNOV