ƏN ÇOX QOHUM EVLİLİKLƏRİ PAYTAXT BAKIDADIR

 Qohum arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.

TOKAYEV FÜZULİ ŞƏHƏRİNİN BAŞ PLANI İLƏ TANIŞ OLUB VƏ UYM-NİN AÇILIŞINDA İŞTİRAK EDİB

 Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. *** TEZADLAR.AZ Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla […]

FHN: ÖTƏN GÜN ƏRZİNDƏ 19 HALDA YANĞINA ÇIXIŞ OLUB, 2 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 halda yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

PAŞİNYANIN PARTİYASI: ERMƏNİSTAN RUSİYAYA QARŞI ADDIM ATMIR

Parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədr müavini, Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının üzvü Vaqarşak Akopyan İrəvanın Rusiyaya qarşı hər hansı addım atması ilə bağlı açıqlamaları təxribat adlandırıb.

PREZİDENT ONLARI TƏLTİFLƏDİ- SƏRƏNCAM

 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

TƏTİLƏ GÖRƏ LİMANLARIN İŞİ İFLİC OLUB

Petteri Orpo hökumətinin təklif etdiyi əmək bazarında dəyişikliklərə qarşı tətil səbəbiylə demək olar ki, bütün Finlandiya limanlarında yük daşımaları dayandırılıb.

AXTARIŞDA OLAN ŞƏXS YAXALANDI

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Amin Bəkirov saxlanılıb.

BAŞ PROKUROR PAYTAXTIN SURAXANIDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev martın 15-də saat 10:00-da Suraxanı Rayon Prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və […]

TRAMP BAYDENİ “PUTİNİN KUKLASI” ADLANDIRDI

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika dövlətinin hazırkı rəhbəri Co Baydeni “Putinin kuklası” adlandırıb və onun Ukrayna da daxil olmaqla, “hər şeyi təslim etdiyi” fikrini bildirib.

ÇOXLARININ BİLMƏDİYİ MÜAVİNƏT: VƏTƏNDAŞLAR 3 İLLİYİNİ BİRGƏ ALA BİLƏR

“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.

ASMA KEÇİDLƏR

(Tərənnüm) Keçidlər, keçidlər… Eyvah, yosma keçidlər! Yeraltı keçidlər, yerüstü keçidlər. Kəhrəba libaslı, boyunbağı timsalı asma keçidlər. Əlqissə, xərc istəməz, cibə girməz keçidlər. Barəftar-biməsrəfdir keçidlər.

ÖTƏN SUTKA ƏRZİNDƏ 44 HALDA YANĞINA ÇIXIŞ OLUB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

MARTIN 10-DA TAM ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI KEÇİRİLƏCƏK

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə – 2, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1№-li məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın […]

ƏMİNƏ ƏRDOĞAN MUXTAR BABAYEVLƏ GÖRÜŞÜB

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

ZELENSKİNİN XANIMI BAYDENİ MƏYYUS EDİB VƏ…

İndi dünya mediası bundan yazır ki, niyə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ prezidenti Cozef Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışında iştirak etməklə bağlı dəvətini rədd edib…

“VƏTƏNDAŞLARIMIZ HÜQUQİ CƏHƏTDƏN DEMƏK OLAR Kİ, TAM SAVADSIZDIR” – DEPUTAT

 Ombudsman Səbinə Əliyeva gözəl təkliflərlə çıxış edir və onların həyata keçirilməsi təmin olunarsa, ölkədəki problemlərin 60-70 faizi ilə elə bu il sağollaşarıq. Təəssüf edirəm ki, ortada çox gözəl təkliflər olsa da, ya maliyyə çətinliyindən, ya da qərarlar qəbul edilmədiyindən onlar gecikir. Bu gün insan hüquqları üzrə müvəkkil və aparatı imkanlarının üzərində işləyir.

BAKI SU HƏFTƏSİ SƏRGİSİ- İLK DƏFƏ!

5-1

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil olunan Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib.

“MODERATOR.AZ” SAYTINA XƏBƏRDARLIQ EDİLDİ

“Moderator.az” saytı tərəfindən martın 4-də dərc edilmiş “Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu” sərlövhəli materialda “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması faktı qeydə alınıb.

AZƏRBAYCANDA NİYƏ PUL BAZASI AZALMAQDADIR? – SƏBƏBİNİ İQTİSADÇI AÇIQLAYIB

“Kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir” – iqtisadçıdan tövsiyə *** Azərbaycanda pul bazası son üç ayda yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, mart ayının ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 140 milyon manat azalaraq 20 milyard 131 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən, ümumi pul bazası əvvəlki […]

QƏRBİN BAĞRINDA ŞƏRQ ÇİÇƏYİ

(Caroline Laurent Turunc haqqında) Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən  şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa […]

HƏFTƏBECƏR

Avroviziya qalibimiz olan Nigar Camal bir verilişdə Avropadakı və ölkəmizdəki insanların xanıma olan reaksiyasından danışaraq belə deyib: “Hərdən gedirsən, insanların üzünə baxırsan, nəsə qəribə reaksiya verirlər. Avropada salam verirsən, danışırsan, heç kim demir ki, nömrəni ver. “Padxod” söhbəti yoxdur”. P.S. Nigar xanım, Avropada kişilər xanıma ona görə “padxod” eləmirlər ki, orada xanımlar təmənnasız da hər […]

QƏZET OXUMAĞIN DADI…

…Respublikanın beş böyük şəhərindən biri olan Sumqayıtda köşklərdən, poçt şöbələrindən və kitabxanalardan qəzet yığışdırılıb, yəni Sumqayıt şəhərini mətbuatı baykot edən, abunəsinə də qadağa qoyulmuş şəhərə çeviriblər. Rayonda yaşayarkən köşkdən alıb oxuduğum beş həftəlik qəzetdən (“Ədəbiyyat”, “Türküstan”, “Ədalət”, “Təzadlar”, “Unikal”) demək olar ki, heç birini alıb ya tapıb oxuya bilmirik.

ÖZÜNÜ DƏYİŞ

Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi (Fəlsəfi düşüncələrim silsiləsindən) …İndi sizə dediklərim, yazdıqlarım özünü dəyişmək üçün ən güclü motivasiyadır. Və bunlar dünya dahilərinin seçmə fikrləri və yazıları əsasında hazırlanıb. İllərdir mən bunları toplamışam və bunlara əməl etdikcə, həmişə xeyrini görmüşəm. Rəhbər vəzifədə işlədiyim uzun illərdə əldə etdiyim uğurlarda bu motivasiyanın böyük köməyi olub. Beləliklə, keçək əsas […]

OD ÇƏRŞƏNBƏSİNİN HAVASI: BAKIDA 13 DƏRƏCƏ İSTİ OLACAQ

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞLA BAĞLI BU İL 18 MATERİAL ÜZRƏ ARAŞDIRMA APARILIB

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkarlanaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.

AĞDAMDA SÜD ZAVODUNUN TİKİNTİSİNƏ BAŞLANILACAQ

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC bu ilin may ayından zavodun tikinti işlərinə başlamağı planlaşdırır.

PİYLƏNMƏDƏN ƏZİYYƏT ÇƏKƏNLƏRİN SAYI ARTMAQDADIR, HƏTTA ACLIQ ÇƏKƏN ÖLKƏLƏRDƏ DƏ…

Nəfsinə hakim olmama səbəbindən piylənmədən əziyyət çəkənlərin sayı artan xətt üzrə davam etməkdədir. Əsasən ayaqüstü yeməklər, hazırlanması tez başa gələn qidalar, şirniyyatlar, qazlı şirin içkilər, bir sözlə, yemək şakəri günbəgün çəki artımına səbəb olur. Hansı ki, bu səbəbdən də qan təzyiqi, şəkər və s. ciddi xəstəliklərə yol açır…

DOST İTKİSİ – QƏLB AĞRISI…

Yerində deyilmiş dəyərli bir fikir var – mən yaxşıyam deyən insan, yaxşı olmadığını sübut etmiş olur. Bir kəlamda da  deyilir ki, yaxşı insanlar bilinməyən xəzinələrdir. Bəs müdriklərin söylədiklərinə görə yaxşı insan kimə deyilir? Hansı xüsusiyyətlər yaxşı insanlar üçün xasdır? Birmənalı olaraq həmin insanlar mütləq doğru, dürüst, ədalətli, könül qırmayan, şöhrət və ad-san sahibi olsa da, […]