Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

MAKRON BU FOTOLARI İLƏ PUTİNİ TƏQLİD EDİR

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bir dəfə zarafat edib ki, G7 liderləri paltarlarını soyunmalı, “əzələlərini əyməli” və “Putindən (Rusiya prezidenti Vladimir) daha sərt olduqlarını göstərməlidirlər”, – “The Times” yazır. İndi Fransadakı bəzi şərhçilər prezident Emmanuel Makronun Consonun sözlərini ciddi qəbul edib-etmədiyi ilə maraqlanır.

ASTARA RAYON VƏ BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏLƏRİNDƏN BİABIRÇI QƏRARLAR…

Əgər iddiaçı Rəşad Mədətov növbəti məhkəmə iclasında rəsmən deyirsə ki, mən Tofiq Əliyevə rüşvət verməmişəm, onda Astara RİH-in Şiyəkəran kəndi üzrə sabiq icra nümayəndəsi  günahsız yerə niyə rüşvət maddasi ilə 8,6 il iş alıb həbsdə yatmalıdır və  məhkəməni aldatdığı üçün niyə R. Mədətovun barəsində ciddi tədbir görülmür?  

SERBİYA RUS KÖÇKÜNLƏRİ ÖLKƏDƏN QOVMAQ NİYYƏTİNDƏDİR

RT-nin Serbiya hakimiyyətinə yaxın mənbələrinə görə, respublikanın xüsusi xidmət orqanları etiraz düşüncəli bir sıra rusiyalı köçkünləri ölkədən çıxarmağı planlaşdırır. Mənbə bunu rusların müxalifət seqmentinin itaətsizlik aktlarında və 2023-cü ilin dekabrında Belqradda keçirilən parlament seçkilərinin nəticələrinə etiraz aksiyalarında fəal iştirakı ilə əlaqələndirir.

TRAMP ABC TELEVİZİYA ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERİB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp efirdə Trampın yazıçı Elizabeth Jean Carrolla təcavüzdə təqsirli bilindiyini bildirən ABC televiziya şirkətini və onun aparıcısı Corc Stefanopulosu məhkəməyə verib. Bu, Florida ştatının Cənub Dairəsi Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdən irəli gəlir.

HƏFTƏBECƏR

Müğənni sayılan Aygün Ağayeva “ATV” kanalında yayımlanan verlişdə maraqlı belə bir açıqlama verib: “Enerjidən yata bilmirəm. 48 saat ərzində 2-3 saat, ancaq yatıram. Mənim enerjim çoxdur. P.S. Həə… Deməli, bu qız enerjisinin çoxluğundan yata bilmir. Maraqlıdır, görəsən indiyə qədər bu qızın enerjisini niyə bir sahəyə sərf edən olmayıb? Bilmirəm, bəlkə də olub. Belədirsə, onda bu […]

AĞ EV TRAMPI BUNA GÖRƏ İTTİHAM EDİB

Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts ABŞ-ın keçmiş prezidenti Donald Trampı amerikalı yəhudilərin ABŞ Demokratik Partiyasını dəstəkləməsi barədə söylədiyi sözlərə görə antisemitizmdə ittiham edib.

İSVEÇ PARLAMENTİNDƏ NATO BAYRAĞI QALDIRILIB

İsveçin alyansa daxil olması münasibətilə bazar ertəsi ölkə parlamentinin qarşısında NATO bayrağının qaldırılması mərasimi keçirilib. Spiker Andreas Norlen və Baş nazir Ulf Kristerssonun çıxışları nümayişçilərin “NATO-ya yox” qışqırması fonunda olub.

İLHAM ƏLİYEVDƏN GÜRCÜSTANIN ƏRAZİ BÜTÖVLÜYÜ İLƏ BAĞLI MÜHÜM BƏYANAT

“Biz suverenlik və ərazi bütövlüyü istiqamətində bir-birimizi dəstəklədiyimizi bir daha təsdiqlədik və bir daha açıq şəkildə təkrar etmək istəyirəm – biz həmişə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün, sərhədlərinin qorunmasının tərəfdarı olacağıq”. 24News.ge xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun bəyanatına görə, […]

21 ŞƏHƏR VƏ RAYONDA IX SİNİFLƏR ÜZRƏ BURAXILIŞ İMTAHANI KEÇİRİLİB

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

HAVANIN TEMPERATURU 4-7 DƏRƏCƏ AŞAĞI ENƏCƏK

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Martın 19-da gündüz şimal-qərb küləyi əsəcək, küləyin sürəti martın 20-də saniyədə 15-20 metrədək, 20-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.

SUMQAYITDA TANK MƏRMİSİ TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

QOBUSTANDA QUMBARA VƏ ODLU SİLAHLAR AŞKAR EDİLİB

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar edilib.

ZAMANIN HÖKMÜNƏ İNANMAYAQ

Bəlli ki, zamanın hökmünə inananlar əksəriyyətimizi təşkil etmir. Amma təəssüf ki, bu inamı yaşadanlar onun təbliğindən də çəkinmirlər. Əslində zaman nədir?

BU GÜN 47 MİNƏ YAXIN IX SİNİF ŞAGİRDİ BURAXILIŞ İMTAHANI VERİR

Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

BAKIYA YENİ TƏCİLİ YARDIM MAŞINLARI GƏTİRİLDİ

Bu gün martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

TƏRTƏRDƏ YAXIN QOHUMLARIN CIĞIR DAVASI- ARAŞDIRMA

“Baxın, əgər siz barışıq edib həmin ərazidən yol alsanız, bununla da düşmənçiliyə, dava-dalaşa son qoyulacaq, yox, əgər məhkəmə və ya hansısa dövlət qurumu vasitəsi ilə oradan sizə yol versələr, düşmənçilik ömrü boyu davam edəcək”

“REAL”ÇILARIN AD GÜNÜDÜR

Bu gün Əməkdar jurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi REAL TV-nin, həm də bütün “REAL”çıların ad günüdür.

QƏRB JURNALİSTLƏRİ KRIMDA KEÇİRİLƏN REFERENDUM ZAMANI NECƏ TƏXRİBATLAR HAZIRLAYIBLAR?

Krım baharının 10 illiyi münasibəti ilə REN TV tarixi hadisələrlə bağlı silsilə reportajları davam etdirir. 2014-cü ilin mart ayının ortalarında referendum başlamazdan əvvəl yarımadada son saatlar geri sayılırdı – regionun 2 milyon sakini üçün bu, onların taleyini dəyişmək şansı idi. Bir tərəfdən ukraynayönlü radikallar, digər tərəfdən isə informasiya müharibəsi alovlandıran Qərb mediası var gücü ilə […]

DVX ELEKTON QEYDİYYATI “ÜZ TANIMA” İLƏ HƏYATA KEÇİRƏCƏK

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verib.

HƏMAS QƏZZA ZOLAĞINDA ATƏŞKƏS TƏKLİFİNİ TƏQDİM EDİB

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs təklifini İsraillə nizamlanma danışıqları prosesində vasitəçi olan ölkələrə göndərib ki, bu da İsrail tərəfindən 700-1000 fələstinli məhbusun azad edilməsi müqabilində israilli qadınların, uşaqların, qocaların və Fələstinin xəstələrinin azad edilməsinin birinci mərhələsini əhatə edir.

ALLAH İKİ DƏFƏ GÜLÜR VƏ…- ANARIN AD GÜNÜNƏ

…Elə insanlar var ki, doğulduqları gündən son nəfəslərinədək Allahın nəzərləri üzərlərində olur. Onlar ucaldıqca ucalırlar. Deyirlər ki, Allah iki dəfə gülür- Onun qaldırdığını yıxmaq istəyənlərə, bir də Onun yıxdığını qaldırmağa çalışanlara…

İLHAM ƏLİYEV XI QLOBAL BAKI FORUMUNDA ÇIXIŞ ETDİ

Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.

SABUNÇU RAYON POLİS İDARƏSİNDƏ ARXİV QALMAQALI

Necə olur ki, vətəndaş Mərkəzi Arxivdən 1917-ci ildə babasının Gəncədə olmuş mülkünə dair arayışı ala bilir, amma 2002-ci ildə baş vermiş istintaq materialı isə, guya Sabunçu Rayon Polis İdarəsinin arxivində qalmamışdır?

30 DİVERSANT MƏHV EDİLİB

Martın 12-nə keçən gecə Rusiya Qvardiyasının artilleriyaçıları Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə sərhədi keçməyə cəhd edən 30 diversantını məhv edib.

“AP-IN BƏZİ ÜZVLƏRİNİN QƏRƏZLİ ÇAĞIRIŞLARINA BAXMAYARAQ, Aİ İLƏ İQTİSADİ ƏMƏKDAŞLIQ GÜCLƏNİR”

“Qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır” – iqtisadçı ekspert *** 2023-cü ilin ilk iki ayında Azərbaycanın Avropaya qaz ixracatı 9.6 faiz artaraq 2.1 milyard kub metr olub. Bu müddətdə Türkiyəyə 1.4, Gürcüstana isə 0.6 milyard kub metr qaz […]

HİLLARİ KLİNTON: TRAMPA SƏS VERMƏK PUTİNƏ SƏS VERMƏK DEMƏKDİR

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib ki, seçkilərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları Rusiya prezidenti Vladimir Putinin siyasətinə rəğbət bəsləyirlər. Onun fikrincə, Trampa səs vermək “Putinin komandasına” səs vermək deməkdir.

MƏHKƏMƏ GOOGLE-U 4 MİLYON CƏRİMƏLƏDİ

Moskvanın Taqanski Məhkəməsi Google-u qadağan olunmuş məlumatlara girişi məhdudlaşdırmaq üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 4 milyon rubl cərimələyib.

DTX-NİN HƏBS ETDİYİ TRANSMİLLİ CİNAYƏTKAR MƏHKƏMƏ QARŞISINDA

Transmilli mütəşəkkil kiber cinayətkar dəstənin DTX tərəfindən aşkar edilib Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

İL-76 QƏZASI İLƏ BAĞLI MƏLUM OLANLAR

Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İvanovo vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb.