ZAKİR HƏSƏNOV ERMƏNİSTAN RƏHBƏRLİYİNƏ XƏBƏRDARLIQ ETDİ

“Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir”.

NİAQARA ŞƏLALƏSİ AZƏRBAYCAN BAYRAĞI RƏNGİNDƏ

Zəfər Günü tarixində (8 noyabr), Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

HACI İBRAHİMİN “XƏZƏR ADALARI” XARABALIĞI…- REPORTAJ-YENİLƏNDİ

“Təzadlar”ın əməkdaşları Hacı İbrahimin “Xəzər adaları” xarabalığından reportaj hazırlamaq istədi, amma… …Günlərin birində, daha dəqiq desək, 2011-ci ildə Azərbaycanın bəzi rəsmi və qeyri-rəsmi KİV-ləri Bakıda, Xəzər dənizinin ləpədöyənində 3 min hektar ərazini əhatə edəcək “Xəzər adaları” adlı bir inanılmaz layihəyəyə start verildiyini yazmağa başladı… Bu layihənin baş qəhrəmanı isə (bir qardaşı Azərbaycan Diaspor Komitəsinin sədri […]

PAŞİNYANIN ÜRƏYİNİ PARÇALAYAN “ZƏFƏR YOLU”NUN AÇILIŞI OLDU

Bu gün Azərbaycanın həyatında önəmli hadisə baş verdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfər ediblər. Prezident və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Beləliklə, Azərbaycan tarixi bir hadisəyə şahidlik etdi… “Zəfər yolu” Ermənistanın başsız siyasətçilərinin ürəyinə dağ çəkən bir layihədir. Belə […]

ZƏRDABDA KARANTİN REJİMİNİ POZAN TOY MƏCLİSLƏRİ

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən olunub.

SAAKAŞVİLİNIN ACLIQ AKSİYASI YALAN İMİŞ?

Saakaşvilinin aclıq aksiyası keçirməsi ilə bağlı hakimiyyət maraqlı detalları üzə çıxarıb. “41-ci gün deyil də, 37-ci gün aydın oldu ki, Saakaşvilinin aclıq aksiyası bir yalan imiş”.

MüXALIFəT SAAKAşVILI ILə BAğLı HöKüMəTə 24 SAATLıQ VAXT VERDI, AMMA…

…Gürcüstan müxalifəti Saakaşvili ilə bağlı qərraında israrlıdır. “Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi üçün hakimiyyətə 24 saat vaxt veririk”. 24News.gexəbər verir ki, belə bir açıqlamanı “Vahid Milli Hərəkat”ın lideri Nika Melia edib. O, hökumətin bunu etməyəcəyi təqdirdə etirazların davam edəcəyini bildirib: “Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi üçün səlahiyyətlilərə 24 saat vaxt veririk. Bidzina İvanişvilinin 24 saat vaxtı var. Hakimiyyətdə […]

“ÜÇTƏRƏFLİ BƏYANATLA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ SON QOYULDU”

“10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir”.

HƏYATININ SİRRİNİ BU TESTLƏ YOXLA

Sizin doğuluşunuzun ili əvvəlcədən müəyyən edilmişdir. Sizin doğuluduğunuz ilinin son rəqəmi sizin taleyinizdə xüsusilə əhəmiyyətlidir.

VIII QLOBAL BAKI FORUMU KOLİMBİYA MƏTBUATINDA

Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında tanınmış jurnalist Roberto Trobaxonun 4-6 noyabr tarixlərində ölkəmizdə keçirilməkdə olan VIII Beynəlxalq Bakı Forumu haqda “Azərbaycan hamı ilə birgə, hamıya görə və hamı naminə” başlıqlı məqaləsi dərc olunub.

GÜLƏŞÇİMİZ DÜNYA ÇEMPİONU OLDU

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

VIP SƏDRİ ƏLİ ƏLİYEV SAXLANILIB?

…Sosial şəbəkələrdə Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyevin saxlanılması barədə məlumat yayılıb. Bu məlumatı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsindən paylaşıb. Əvəz Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib. Baş redaktor həmçinin “Bumeranq” TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.  İstintaq orqanlarından isə bildirilib ki, hazırda VİP sədri […]

BAKININ HALINA YANAN GƏRƏK… – EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ

Hündürmərtəbəli binaların Bakı üçün müxtəlif problemlər yaratdığı barədə dəfələrlə yazılıb. Yolların daralması, tıxaclar, nəqliyyat infrastrukturunun inkişafının qarşısının alınması, velosiped yollarının salınması üçün şəraitin olmaması və s. bu kimi problemlər əksər hallarda məhz hündürmərtəbəli binaların yaratdığı çətinliklərdən qaynaqlanır.

NARKOTİK, SİLAH-SURSAT AŞKARLANDI, 26 NƏFƏR SAXLANILDI

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son 10 gün ərzində rayon ərazisində silsilə əməliyyat tədbirləri həyata keçiriblər.

SALYANDA ŞADLIQ SARAYININ SAHİBİ 4 MİN MANAT CƏRİMƏLƏNDİ

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı rayon ərazisində yerləşən “Muğan” şadlıq sarayında qaydaların pozulması halları aşkarlanıb.

YAŞA GÖRƏ PENSİYA HƏDDİ ARTIRILACAQ

“Respublikamızda iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır. Bu səbəbdən də, yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün hər il 6 ay artırılaraq 2021-ci ilin iyulundan 65 yaş müəyyən edilib. Qadınlar üçün də hazırda 62,5 yaşdır və 2027-ci ilin iyulunadək hər ildə altı ay olmaqla həmin […]

“YAXŞI EDİRƏM, BUNDAN SONRA SATACAĞAM”

“Mən kiməm, hansı tərbiyədəyəm mən bilirəm. Kimsə kiminsə haqqında nəsə deyəndə, arxasına baxsın. Mən də kiminsə nəslini ortaya çıxara bilərəm. Çörəyimi qazanıram”.

“DOSTLUQ”UN RƏHBƏRLİYİ İNZİBATİ MƏSULİYYƏTƏ CƏLB OLUNUB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

İRAN AZƏRBAYCANLA RAZILIĞA GƏLDİ

“Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik”. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. H.Əmir Abdullahiyan Tehran və Bakı arasındakı münasibətlərin müsbət atmasferdə irəlilədiyini qeyd edərək bildirib ki, müştərək komitə iki ölkədə ictimai rəyi və KİV-lərdəki atmasferı idarə etmək üçün fəaliyyət göstərəcək. İki qonşu ölkənin əlaqələrində bəzi məsələlərdə fikir ayrılıqlarının olmasını […]

MƏCBURİ KÖÇKÜNLƏRƏ VERİLƏN MƏNZİLLƏR GERİ ALINIR? – KOMİTƏDƏN AÇIQLAMA

 Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir və mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir. 

QƏTLƏ YETİRİLƏN NƏRMİNİN BACISI: “MƏNƏ DEDİLƏR Kİ, “OTUR, APARAQ SƏNİ”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  TEZADLAR.AZ  trend-ə istinadən xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən, Nərmin Quliyevanın bacısı Şəbnəm Quliyeva bildirib ki, 2019-cu il […]

XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEVƏ QARŞI QƏRƏZLİ KAMPANİYANIN MÜƏLLİFİ KİMDİR? – RƏYLƏR

cingiz

Xəbər verildiyi kimi, Azərbaycanın Xalq yazıçısı, bədii yaradıcılığı ilə Azərbaycanı dünyaya tanıdan, görkəmli yazıçımız Çingiz Abdullayevin Sumqayıtda oxucuları ilə görüşündə birinci və ikinci Qarabağ müharibəsi ilə bağlı söylədiyi fikirləri (elektron mediada yayımlandığından təkrarlamaq istəmirik) qərəzli formada və yanlışlıqla yozularaq ictimailəşdirilməkdədir. Təəssüflər olsun, Azərbaycanı dünyada əsərləri ilə ən çox təmsil edən görkəmli yazıçımız Çingiz Abdullayevin həmin […]

VÜQAR SƏFƏRLİYƏ VƏ DİGƏRLƏRİNƏ QARŞI 18 MİLYON MANATLIQ İDDİA

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib. Hakim Azər Paşayevin sədrliyi […]

“ZƏFƏR” XALÇASININ KƏSİM TƏDBİRİ OLACAQ

Xalçada Cəbrayılın “Xanlıq”, Qubadlının “Qubadlı”, Füzulinin “Bəhmənli”, Şuşanın “Ləmpə”, Laçının “Qasımuşağı”, Ağdamın “Şabalıd-buta”, Xocavəndin “Açma-yumma” və Tərtərin “Çələbi” xalçaları, Zəngilanın məşhur kilimi, Kəlbəcərin zilisi özünəməxsus rənglərlə təsvir olunub.

AZƏRBAYCAN: İMAN, SÜLH VƏ HƏMRƏYLİK ÖLKƏSİ…

…Bu günlərdə Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına səfərləri zamanı hər kəsi duyğulandıran, xoş təsir bağışlayan bir sıra epizodlar daha yaddaqalan oldu.

MTN-İN KEÇMİŞ ƏMƏKDAŞI İFADƏ VERDİ

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları – Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

HƏFTƏBECƏR

Şairə sayılan, lakin bircə şeiri də yadda qalmayan, özü də şou-biznes nümayəndəsinə çevrilən Nazilə Səfərli sosial şəbəkədə əri ilə olan şəklini paylaşıb və belə şərh yazıb: “Bax, hamınız deyirsiniz ki, mən kökəm, yekəyəm. Yoldaşımla yan-yana duranda elə də yekə deyiləm. Demək ki, hər qazanın öz qapağı…” P.S. Boy, ay Nazilə xanım, “hər qazanın öz qapağı” […]

NAZİMLİ GÜNLƏRİN SORAĞINDA…

Nazim Ağamirov mənim üçün təkcə iş yoldaşı deyil, həm də nümunəvi həmsöhbət, ürək və yoldaşlıq sirrinin daşıyıcısı idi…

ANADOLU TÜRKLƏRİ YENİ DÜNYA DÜZƏNİNDƏN ÇOX, İLAHİ DÜZƏNİ DÜŞÜNÜR

Nizami Süleymanoğlu Allahın yolundan ayrılanların başları dərdlərdən ayrılarmı? Bilmirəm… …Hər şeyin əlacı biliklə və bilikdən başlar. Bilikdən biliklə istifadə də fərqli bilikdir. Yəni bilik önəmlidir, edə bilmək daha önəmli. Bilik təyinatına görə xeyirə-şərə yarayır. Pozitiv-neqativ niyyətlərdə təsiri böyük və müxtəlifdir. Bilməklə bildiyini əmələ çevirməkdə niyyət fərqli isə nəticələr də fərqli olur. Bilik İÇİN dərinliyindən çıxar […]

“SAAKAŞVİLİ HƏYATINI İTİRƏ BİLƏR…”

Gürcüstanın eks-prezidenti M.Saakaşvili ilə bağlı vəziyyət artıq qloballaşır və siyasiləşir… Fakt: “Saakaşvilinin səhhəti pisləşir və hazırda o, artıq 20 kiloqramdan çox arıqlayıb”. Bu sözləri eks prezident Mixeil Saakaşvilinin ukraynalı həyat yoldaşı Yelizaveto Yasko, Saakaşvili ilə görüşdən sonra jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, mübarizə davam etdirilməsə Saakaşvili həyatını itirə bilər: “Təəssüf ki, hər dəfə Mixeil […]

ZƏRGƏRLİK MƏMULATLARININ DA RÜSUMLARI ARTIRILIR

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri dəyişir.