Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad rayonu, Əliqasımlı kəndində fəaliyyət göstərən, Şirəliyev Malik Musaxan oğluna məxsus “Ülviyyə” şadlıq sarayında yoxlama keçirib.
Tezadlar.az xəbər verir ki, şadlıq sarayında normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, Agentliyin əməkdaşları tərəfindən “Gold Organic” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.