19 Avqust 2026 / 09:20

BMT Qəzzanın 2025-ci ildə humanitar işçilər üçün ən ölümcül bölgə olaraq qaldığını bildirir

Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar işçilərə qarşı zorakılığın 2025-ci ildə rekord həddə çatdığını bildirərək əlavə edib: “Qəzza ardıcıl üçüncü ildir ki, ən ölümcül mühit olaraq qalır və 186 humanitar işçi öldürülüb”.

Tezadlar.az xəbər verir ki, BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi olan UNOCHA 19 avqustda Dünya Humanitar Günü münasibətilə yeni hesabat yayımlayıb.

“2025-ci ildə humanitar işçilərə qarşı zorakılıqda yeni bir rekord qeydə alınıb, 907 həmkarı öldürülüb, yaralanıb və ya qaçırılıb”, – məlumatda deyilir.

Humanitar işçilər arasında ölənlərin sayı ötən il bir qədər azalaraq 350 nəfərə düşsə də, hesabatda ümumi zorakılıq səviyyəsinin azalmadığı qeyd olunub. Rəsmi məlumatlara görə, hücumlarda 322 yardım işçisi yaralanıb, 235 nəfər isə qaçırılıb.

Məlumatda deyilir ki, “Qəzza ardıcıl üçüncü ildir ki, ən ölümcül mühit olaraq qalır, 186 humanitar yardım işçisi öldürülüb. Sudan isə 71 yardım işçisi öldürülüb. 2026-cı ildə indiyə qədər dünyada 82 yardım işçisi öldürülüb, 97 nəfər yaralanıb və 39 nəfər qaçırılıb”.

Məlumatda həmçinin silahlı dronların artan yayılmasına diqqət çəkilib və qeyd olunub ki, humanitar yardım işçiləri getdikcə bu dronların hədəfinə çevrilir.

Məlumatda əlavə olaraq deyilir: “Konqo Demokratik Respublikasında (KDR) mart ayında bir binaya edilən dron hücumunda bir yardım işçisi öldürülüb. Ukraynada isə may ayında cəmi bir həftə ərzində dörd humanitar yardım karvanına zərbə endirilib. Sudanda silahlı dronlar bazarları və səhiyyə müəssisələrini hədəf alaraq 2026-cı ilin ilk dörd ayında mülki şəxslərin ölümünün 80 faizinə səbəb olub”.

Məlumatda BMT Baş katibinin müavini və Təcili Yardım Koordinatoru Tom Fletçer bildirib ki, “Cəmi üç ildə 1000-dən çox yardım işçisi öldürülüb və bu, tamamilə qəbuledilməzdir”.

Bu məlumatların sadəcə elan edilməsinin növbəti yardım işçisini qorumaq üçün kifayət etməyəcəyini vurğulayan Fletçer, ölkələri beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki şəxsləri və humanitar yardım işçilərini qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə çağırıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!