6 Noyabr 2025 / 14:20

BSU-da “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” tədbiri keçirildi

Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar keçirilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” konfransı keçirilib. Konfransda universitetin rektoru Anar Nağıyev çıxış edib və deyib: “…Qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. Müharibədən və zəfərdən sonra bizim dünyagörüşümüz, özümüzə və cəmiyyətə baxışımız dəyişib. Biz daha da bütövləşmiş, möhkəmlənmiş bir millətə çevrilmişik”.
Tezadlar.az xatırladır ki, Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar keçirilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” konfransı digər maraqlı çıxışlarla da yaddaqalan olub.
ELBAR
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!