Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2026 / 09:49

Cahid Hilaloğlu və Çingiz Abdullayev: üçrəngli bayrağımızı 1956-cı ildə Qızqalasında qaldıran dissidentlər!

28 may Azərbaycanda Müstəqillik günüdür! Bu günün bərqərar olunması yolunda başı müsibətlər çəkmiş tarixi şəxsiyyətlər heç vaxt unudulmamalıdır!

Müstəqilliyimizin əsas atributu olan üçrəngli bayrağımızın Sovetlər dönəmində- 1956- cı ildə Bakının mərkəzində dalğalanması isə fərqli bir tarixdir. Həmin tarixin qəhrəmanlarından biri də Cahid Hilaloğlu və Çingiz Abdullayevdir.

Tezadlar.az tarixin bu qəhrəmanları barədə geniş material hazırlayır. Hələlik isə bəzi tarixi mənbələri təqdim edirik.

Cahid Hilaloğlu- 1928- ci ldə Ağdamda (Ağdam qəzası) anadan olmuş, 30 may 1991-ci ildə dünyasını dəyişmişdir.

Vikipediyadakı məlumatlardan o da bəlli olur ki, Cahid Hilaloğlu rejissor olub. Barəsində belə də yazılır: “Sovet dövründə milli hərəkatçı, dissident. 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə 4 il azadlıqdan məhrum edilmişdir”.

O da məlum olur ki, Cahid Hilaloğlu əməkdar artist, aktrisa Naibə Allahverdiyevanın ögey atasıdır.

Naibə Allahverdiyeva özünün FB səhifəsində yazır: “Səni unutmaq günah olar … ….…. …😔məhz bu gün 28 may 1956- ci ildə Azərbaycanın Ücrəngli bayrağınıı🇦🇿 Qız qalasına ucaltdın… Bu addım Azərbaycan tarixinin ən cəsarətli addımıdır… Və 10 il  müddətinə azadlıqdan mərhum edildin, sürgün olundun…. Əzablar icində yaşadın, amma vətən sevgisi səni əqidəndən döndərmədi… Sürgün həyatından sonrakı həyatın da zillət icində kecdi… Hər ay “KQB”yə cağrılmaqların, orda şiddətə məruz qalmağın … Hamısı gözümün önündədi(bilirəm, bəlkə də ruhun bizdən inciyir, amma bil ki, sən qəlbində vətən sevgisi olan insanların qəlbində hər zaman yaşayacaqsan eziz atam Cahid Hilaloğlu”.

***

Naibə Allahverdiyeva bir xatirəsində isə yazır: “”Vətən xaini” elan edilmiş Cahid Hilaloğlu sürgündən qayıtdıqdan sonra da illərlə bütün qapılar üzünə bağlandı. Sonda bir kişi kimi ailəsinin yanında üzüqara olmamaq ücün dəniz donamasına 3-cü dərəcəli aşpaz vəzifəsinə işə düzəldi (min bir minnətlə)evə gələndə barmaqları yanmış halda olurdu…. O əllər ki, bir zamanlar Azərbaycanın bayrağını ucaldıb… Bayrağı yüksəldən əl unudula bilər, amma o əllərin cəkdiyi əzab tarixdən silinməz… Unudulan insan deyil, ona verilən dəyərdir… Sənin ruhun qarşısında borcumu yerinə yetirməyə calışacam, amma bunun öhdəsindən nə dərəcədə gələ biləcəyimi bilmirəm…”.

***

Çingiz Abdullayev: Araşdırmaçı Ramil Cəbrayılın fb statusunda belə bir məlumat yazılıb: “1956-cı ildə üçrəngli Azərbaycan bayrağını “Qız Qalası”na sancmış həmyerlimiz, Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir, istiqlalçı Çingiz Abdullayevi hörmətlə anırıq. Çingiz Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olub. 1940-cı illərin sonunda Teatr institutunda oxuyarkən dostlarıyla Azərbaycanın istiqlalı uğrunda mübarizəyə başlayır. Gizli dərnəyin qurulmasında iştirak edir. 1948-ci ildə xüsusi xidmət orqanları tərəfindən ifşa olunaraq həbs edilir. 1950-ci ildə azadlığa buraxılır. 1956-cı ildə Türkiyəyə qaçmağa cəhd edərkən həbs edilir. 1964-cü ildə heç bir xəstəliyinin olmamasına baxmayaraq Rıbinski tibbi pxisi təcridxanasına, oradan isə Bakıya – Maştağa Psixi Xəstəxanasına məcburi müalicəyə göndərilir. 1970-ci ildə Xəstəxanadan buraxılır. 1982-ci ildə Moskvada yenidən qaçmağa səy göstərir. Polisin gözündən yayınaraq İsveçrə səfirliyinə sığınır. İsveçrədən dəvət olunmuş həkimlər anlaqlı olmasıyla bağlı qərar verir. İsveçrə və Avropa mətbuatında Çingiz Abdullayev haqqında xəbərlər dərc olunur. Sovet tərəfi məsələnin böyüdüyünü görüb viza gələndən sonra Çingiz Abdullayevin İsveçrəyə getməsini icazə verəcəyini bildirir. Lakin 1984-cü ildə qaldığı Moskva Memanxanasında həbs edilərək Maştağa Psixi Xəstəxanasına göndərilir. 1990-cı ildə Xəstəxanadan buraxılır. 1991-ci ildə İsveçrəyə gedir. 1998-ci ildə Bern şəhərində vəfat edib.
Allah rəhmət eləsin!”.

Redaksiyadan: hesab edirəm ki, Sovet hökumətinin ən qəddar, asıb- kəsən və Azərbaycanın tarixi atributunun qadağan olunduğu bir dönəmində bu gün başımız üzərində dalğalanan üçrəngli bayrağımızın Bakının mərkəzində- Qızqalasında dalğalanmasına nail olmuş Cahid Hilaloğlu ilə Çingiz Abdullayevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində rəsmi səviyyədə addım atılmalıdır. Bu qərar bu günkü nəslə yaddaş, gələcək nəslə isə örnək olardı!

Asif MƏRZİLİ

 

IMG

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!