Əsas məzmuna keç

Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər həlak olub

Nigeriyanın Plateau ştatında baş verən silahlı hücum nəticəsində doqquz nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, naməlum silahlı şəxslər Plateau ştatının Barkin Ladi bölgəsində atəş açıblar.

Hücum nəticəsində doqquz nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Bu arada, Nigeriya ordusu ştatın Şere, Qvafan və Maza bölgələrində silahlı dəstə üzvlərinə qarşı əməliyyatların aparıldığını açıqlayıb.

Məlumatda əməliyyatlar zamanı 11 silahlı dəstə üzvünün saxlanıldığı qeyd olunub.

Plateauda vaxtaşırı silahlı hücumlar həyata keçirən dəstə üzvləri iyul ayında ştatda həyata keçirdikləri hücum nəticəsində təxminən 10 nəfəri öldürüblər.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…