Əsas məzmuna keç

“Chevron”un Anqoladakı yeni kəşfi diqqət çəkdi

“Chevron” neft-qaz şirkəti Anqolada əhəmiyyətli neft və qaz kondensatı yataqları aşkarlayıb.

Tezadlar.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ şirkətinin bəyanatında bildirlib.

Şirkət aşkar edilmiş yatağın mövcud infrastruktura qoşulması imkanını nəzərdən keçirir ki, bu da onun işlənməsini sürətləndirməyə və xərcləri azaltmağa imkan verəcək. 0-cı blokun operatoru qismində 39,2% payla “Chevron”un törəmə strukturu olan “Cabinda Gulf Oil Company” çıxış edir.

Layihənin digər iştirakçıları 41% payla Anqolanın “Sonangol” dövlət şirkəti, 10% payla “TotalEnergies” və 9,8% payla “Azule Energy”dir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…