Əsas məzmuna keç

Çin ABŞ-ın tankerləri ələ keçirməsinə belə cavab verdi

Çin Venesuela neftinin blokadasına və ABŞ-ın tankerləri ələ keçirməsinə qarşı çıxdı.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Çin Ticarət Nazirliyinin sözçüsü He Yonqyana istinadən məlumat yayıb.

Yonqyanın sözlərinə görə, bu cür hərəkətlər təhlükəsizlik üçün təhdid yarada və beynəlxalq enerji bazarına mənfi təsir göstərə bilər. O, Çinin “uzunmüddətli yurisdiksiyanı” və birtərəfli sanksiyaların sui-istifadəsini qətiyyətlə pislədiyini vurğulayıb.

“Venesuela və digər ölkələrin beynəlxalq hüquq çərçivəsində ticarət və iqtisadi əməkdaşlıq etmək hüququ var – bu, normal, ağlabatan və qanunidir və belə bir hüquqa hörmət edilməlidir”, – o bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…