7 Noyabr 2025 / 08:43

Dəhşətli qəzada ölənlərin sayı altıya çatıb

Qəza R-257 “Yenisey” avtomobil yolunun 40-cı kilometrliyində baş verib

On yeddi yaşlı yeniyetmə Tuvada qəzada ölən altıncı şəxs olub.

Tezadlar.az bildirir ki, bu barədə respublika hökumətinin rəsmi saytında məlumat verilib.

Mətbuat xidməti bildirib ki, “4 qurban, o cümlədən 14 və 17 yaşlı iki azyaşlı qəza yerindən Qızıldakı 1 nömrəli Respublika Xəstəxanasına aparılıb. On yeddi yaşlı gənc qəzadan bir neçə saat sonra xəstəxanada ölüb”.

Xatırladaq ki, qəza R-257 “Yenisey” avtomobil yolunun 40-cı kilometrliyində baş verib. Əvvəlcə beş nəfər ölüb, daha beş nəfər yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!